Kardoso: "Zədəm bir qədər də ciddi olsaydı..." Müsahibə
"Neftçi"nin müdafiəçisi Karlos Kardoso klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- “Neftçi”yə gəldiyin
gündən qısa müddətdə komandaya uyğunlaşdın və əsas heyətdə möhkəmlənməyi
bacardın. Bir legioner üçün bu nə dərəcədə çətindir?
- Azərbaycana gəldiyim gündən anladım ki, bu mühitə uyğunlaşmağım çətin
olmayacaq. Təbii ki, hər ölkənin öz adətləri var amma peşəkar futbolçu üçün bu
maneə olmamalıdır. Bura uyğyunlaşmağımda komanda yoldaşlarımın da köməyi oldu.
Təzə gələndə “Neftçi”də çıxış edən braziliyalı həmyerlilərimlə ünsiyyətdə
olurdumsa indi bütün komanda yoldaşlarımla dostlaşmışam. Komandamızda mehriban
abu-hava var və belə olduqda uyğunlaşmaq asanlaşır.
- Müdafiəçi olsan da,
bir sıra oyunlarda qol vurmaq bacarığını da nümayiş etdirmisən. Bəlkə də elə
buna görə Kardoso tez bir zamanda azarkeşlərin sevgisini qazandı.
- Bir müdafiəçi kimi əsas vəzifəm rəqib hücumlarının qarşısını almaqdır.
Amma hərdən hücumlara da qoşuluram və məncə pis də alınmır. İstəyirəm ki,
komandamızın qələbə qazanması üçün əlimdən gələni edim. Kimin qol vurması o
qədər önəmli deyil. Vacib olan sonda tabloda görünən nəticədir. Azarkeşlərə isə
xüsusi təşəkkür düşür. Onların dəstəyini hər oyunda hiss edirik. Sevinirəm ki,
qısa müddətdə onların sevgisini qazandım və bu münasibət qarşılıqlıdır.
- Superkubok uğrunda
oyunda aldığın zədə nə dərəcədə ciddidir?
- Futbol mübarizəni sevir. Belə olan halda zədə almaq da bəzən qaçılmaz olur.
Həmin epizoda rəqib futbolçu ilə toqquşduqdan sonra özümdə deyildim. Bəlkə də
zədəm bir qədər də ciddi olsaydı futbol karyeramı bitirmək məcburiyyətində də
qala bilərdim. Xəstəxanada tədricən özümə gəldim və başımın üzərində klub
rəhbərliyini və həkimləri gördüm. Komandam ən çətin günümdə belə mənim yanımda
oldu. Eyni zamanda Naxçıvanda mənə zəruri olan tibbi yardımın göstərilməsi
Azərbaycanın ölkə olaraq inkişafının göstəricisidir. Hazırda müalicəmi davam
etdirirəm və tez bir zamanda məşqlərə başlayacam. İndiki vəziyyətdə “Neftçi”də
hər mövqedə böyük rəqabət var və mənim də əvəzimə meydana çıxan istənilən
müdafiəçi ümidləri doğruldacaq gücdədi.
- Bir müdafiəçi kimi
sənə hansı komandaların hücum xəttinə qarşı oynamaq daha çətindir?
- Məncə, Azərbaycan çempionatında çıxış edən hər bir komanda təhlükəli
hücumlar təşkil etmək və qol vurmaq gücündədir. Hansısa komandanı fərqləndirmək
istəməzdim. Hər bir rəqibə hörmətlə və ciddi yanaşmalısan ki, istədiyin
nəticəni qazana biləsən. Bir komanda qol vurmaq üçün digəri səhvə yol
verməlidir. Çalışmalıyıq ki, rəqibi səhv etməyə məcbur edək. Braziliya,
Rumıniya və Rusiya yüksək liqalarında oynamış bir futbolçu kimi deyə bilərəm
ki, Azərbaycan Premyer Liqasının səviyyəsi normaldır. Açığı bura gəlməmişdən
əvvəl komandalar arasında belə bir rəqabətin olduğu ağlıma gəlməzdi.
Çempionatda mübarizə aparan 4-5 klub rahatlıqla Rusiya və Rumıniya yüksək
liqasında çıxış edə bilər.
- Çempionluq yolunda
əsas rəqiblər hansı komandalardır?
- Premyer Liqada iddialı klub çoxdur. Çempionluğun taleyini bir xal da həll edə bilər. Ona görə hər oyuna maksimum nəticə üçün çıxmalıyıq. “Neftçi” 3 qat ölkə çempionudur və bütün rəqiblər bizə oyunlarda ikiqat güc sərf edir. Çempionluq heç kimə asan başa gəlmir. Gördüyünüz kimi, hər matçda güzəştsiz mübarizə gedir. Bizim hədəfimiz birinci yeri tutmaqdır və bunun öhdəsindən gələ biləcək gücdəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |