Hafiz Məmmədov Luvru ziyarət etdi
"Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov Fransada işgüzar səfərdədir. Stadium.az xəbər verir ki, dünən klubun prezidenti dünyaca məşhur Luvr muzeyinin Lans şəhərində yerləşən filialını ziyarət edib. Ziyarət zamanı Hafiz Məmmədovu Nor Pa de Kale regionunun başçısı Daniel Perşeron (Daniel PERCHERON), Lans şəhərinin meri Silven Rober (Sylvain ROBERT), "Lans" klubunun prezidenti Jerve Martel (Gervais MARTEL) müşaiyət ediblər.
Lans-Luvrda fəxri qonaqları qarşılayan muzey direktoru, tanınmış sənətşünas Ksavye Dekto (Xavier DECTOT) Luvr muzeyin tarixi və 2012-ci ildən fəaliyyət göstərən Lans bölməsində sərgilənən eksponatlar barədə ətraflı məlumat verib.
II Luvr adlandırılan və Luvr muzeyinin ilk rəsmi filialı kimi tanınan Luvr-Lans muzeyinin ildə 450-500 min adam tərəfindən ziyarət olunduğunu bildirən sənətşünas 20 hektar ərazidə yerləşən kompleksin SANAA Yaponiya arxitektura bürosunun layihəsi əsasında tikildiyini deyib.
Ətraflı gəzinti zamanı qonaqlar Luvr muzeyindən gətirilən 205 nadir eksponatla tanış olmaqla yanaşı, şüşəli pavilyon, 120 metrlik Zaman qalereyasını izləyiblər. Burada IV əsrdən 1850-ci ilə qədər yaşayıb-yaratmış sənət ustalarının rəsm və skulpturaları yerləşdirilib.
"Bakı"nın prezidenti Hafiz Məmmədov Luvr muzeyinin ardından "Lans" klubunun arenası "Feliks Bollar" stadionuna dəvət olunub. "Lans" klubunun prezidenti Jerve Martel stadion və infrastruktur barədə ətraflı məlumat verdikdən sonra qonaqlar klub muzeyinə baş çəkiblər.
Qeyd etmək yerinə düşər ki, Fransa 2-ci liqasında mübarizə aparan "Lans" bu gün bu arenada 14-cü turun oyununa çıxacaq. Hafiz Məmmədov "Şatoru"nu qəbul eədəcək meydan sahiblərinin oyununu şərəf tribunasından izləyib. Bakı vaxtı ilə saat 17:00-da başlayan oyun "Lans"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |