"Bakı"nın bu futbolçusuna nə deyəsən? ƏHSƏN, NURLAN NOVRUZOV! FOTOLENT
Maliyyə baxımından
burulğanda olduğu deyilən “Bakı” klubu bu səbəbdən iddiasızdı. Əslinə qalsa,
klub rəhbərliyi indi düzgün yoldadı. Çünki buna kimi milyonlarla paralar
xərclənsə də, “Bakı”nın heç bir ciddi uğuru yoxdu. Nəzərə alsaq ki, “Neftçi” və
“Qarabağ” Avropa Liqasının qrup mərhələsin görüb, “Bakı”nın çempion olması və
ya kuboku qazanması sıradan bir nəticə sayılır. İndi hər bir Azərbaycan klubu
üçün minimum uğur Avroliqanın qrupuna düşməkdir.
Buna kimi “Bakı”nın
ən böyük problem isə düzgün baş məşqçi seçməmək və gətirilən çalışdırıcıların transfer
etdikləri lazımsız oyunçular, xeyir verəcək yerli futbolçuların olmaması idi.
İndi isə vəziyyət
fərqlidir. “Bakı” meydana əsasən gənc futbolçularla çıxır. Arxada qalan turlar
ərzində göründü ki, komandada yetərincə yerli istedad var. Bunlardan biri isə
Nurlan Novruzovdur. Doğum tarixi 03.03.1993-cü il olan Nurlan indi belə “zerkalnı”
futbol sərgiləyir. Daha əvvəl də Nurlana oynamaq üçün şans verilirdi, amma Novruzov
bu dəfə fərqlidir. Açıq-aydın hiss olunur ki, gənc oyunçu üstünə çox qoyub,
əməlli başlı artırıb. Novruzov əslində yarımmüdafiəçidir, amma indi “Bakı”da
hücumçu kimi çıxış edir. Özünü də doğruldur. Lənkəranda qaçırdığı penaltini
nəzərə almasaq, aktivində olan 4 qolla “Bakı”nın 10 xal toplamasında əsas rol
oynayıb. Bəs Nurlanın belə yüksəlişinin səbəbi nədir? Təbii ki, əmək, məşq,
çalışqanlıq, özündən razı olmamaq. Aldığımız məlumata görə, hər dəfə “Bakı”
klubunun bazasında məşqlər qurtardıqdan sonra, Nurlan digər futbolçular kimi
meydanı tez-tələsik tərk etməyə tələsmir. Novruzov onunla xüsusi işləyən
məşqçisi Adnan Yazıçıyla ən azı bir saat daha xüsusi məşq keçir. Bax bunun
nəticəsidir ki, Nurlan hər oyun meydanda sona kimi mübarizə aparır, dayanmaq
bilmir. Nurlan, sən, deyəsən həqiqətən futbolçu olmaq istəyirsən. “Futbolçu” yox, futbolçu olmaq istəyirsənsə, sükanı belə
saxla. Hər dəfə komanda məşqindən sonar əlavə çalışmanı dayandırma. Sənin
tanıdığın bütün ünlü futbolçular hamısı bunun hesabına ünlü olublar. Hazırda
dünya futbolunun ən parlaq siması olan Messi və Ronaldo da hər məşqdən sonar xüsusi
proqram üzərində məşq edirlər. Ən azı saat yarım. Bilmirəm, bəlkə də elə onları
özünə örnək götürmüsən. Hər nəysə… Əsas olan düz yolda olmağındadır.
Belə davam etsən, sən həqiqətən futbolçu olacaqsan.
P.S. Deyirlər, hər pis işdə bir xeyir əməl var. Yoxsa “Bakı”nın maliyyə problemi yaşayaraq əsas heyətini itirməsi, nəticədə bu cavanların, Burlan Novruzoun parlaması üçün imiş? Olar, Allahın işin bilmək olmaz. Hər şeyə qadir olan Allahdır. Allah köməyində olsun, Nurlan Novruzov.
Sstadium.Az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |