AFFA "Bakı" və "Xəzər Lənkəran"a "pul kəsdi"

25.11.2014 | 4093 dəfə oxunub

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.


Topaz Premyer Liqasının XII turunun "Bakı” – "Qarabağ” matçında "Bakı” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XII turunun "İnter” – "Xəzər Lənkəran” matçının 79-cu dəqiqəsində "Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).

Oyun başa çatdıqdan sonra stadionun dəhlizində "Xəzər Lənkəran” klubunun direktoru Yunis Hüseynov və "İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze bir-birini təhqir etdiklərinə görə hər ikisi 5 oyun cəzalanır, hər iki klub 5000 manat cərimə olunur (maddə 42.4).

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XII turunun "Simurq” – "Neftçi” matçında "Simurq” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 85-ci dəqiqəsində "Simurq” klubunun 40 №-li futbolçusu Sərxan Abbaslı aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.3).

I divizionun XII turunun "Mil-Muğan” – "Zirə” matçının 38-ci dəqiqəsində "Mil-Muğan” klubunun 4 №-li futbolçusu Zöhrab Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

I divizionun XII turunun "Bakılı” – "Lokomotiv” matçında "Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I divizionun XII turunun "Şəmkir” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 69-cu dəqiqəsində "Şəmkir” klubunun 29 №-li futbolçusu Samir Mehdiyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 37.1).

I divizionun XII turunun "Kəpəz” – "Göyəzən” matçının 39-cu dəqiqəsində "Kəpəz” klubunun 16 №-li futbolçusu Davud Kəriminin hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

I divizionun XII turunun "Şahdağ” – "Rəvan” matçında "Şahdağ” klubunun 4, "Rəvan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 90+3-cü dəqiqəsində "Rəvan” klubunun 57 №-li futbolçusu Orxan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur (maddə 42.3).

Oyunun 90+3-cü dəqiqəsində "Rəvan” klubunun 92 №-li futbolçusu Nicat Əliyev hakimi, AFFA və PFL - i təhqir etdiyinə görə 9 oyun cəzalanır, klub 1400 manat cərimə olunur (maddə 42.3, maddə 81).

Topaz Premyer Liqasının XIII turunun "Qarabağ” – AZAL matçın 31-ci dəqiqəsində AZAL klubunun 1 №-li futbolçusu Ruslan Məcidovun sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Topaz Premyer Liqasının XIII turunun "Xəzər Lənkəran” – "Neftçi” matçında "Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 16-cı dəqiqəsində "Neftçi” klubunun 1 №-li futbolçusu Emil Balayev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyunun 45+2-ci dəqiqəsində "Xəzər Lənkəran” klubunun 7 №-li futbolçusu Sadio Tounkara aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.2) Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq. (maddə 32, maddə 33). Oyunun 74-cü dəqiqəsində "Xəzər Lənkəran” klubunun 22 №-li futbolçusu Əfran İsmayılov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 38.1). Futbolçuya verilmiş cəzanın bir oyunu şərti cəza kimi tətbiq olunur və ona 6 aylıq sınaq müddəti verilir. Sınaq dövründə futbolçu yenidın cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.(maddə 32, maddə 33)

Oyun 50-ci dəqiqəsində "Neftçi”nin futbolçusu Elnur Allahverdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmışdır. Oyun bitdikdən sonra isə o, AFFA, PFL və hakimi təhqir etmişdir. Bu səbəbdən də adıçəkilən futbolçu 6 oyunluq cəzalanır, klub 5200 manat cərimə olunur (maddə 81, maddə 48).

Oyunun 90+4-cu dəqiqəsində "Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə klub 2000 manat cərimə olunur (maddə 52.1).

Əvəzedici heyətlərinin XIII turunun "Qarabağ” – AZAL matçında "Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərinin XIII turunun "Qəbələ” – "Simurq” matçında "Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail