"Bakı-2015"in 24 komandası bəlli oldu

06.12.2014 | 3946 dəfə oxunub

Bu gün "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi kişi və qadın idmançılardan ibarət 24 voleybol komandasının gələn ilin yayında keçiriləcək yarışlarda iştirak hüququ qazandıqlarını təsdiq edib.
 
Stadium.az xəbər verir ki, yarışlara ev sahibliyi edən Azərbaycan həm kişi, həm də qadın turnirlərində iştirak edəcək. Həm kişi, həm də qadın tunirlərindən ibarət seçmə yarışlarda reytinq dərəcəsinə görə birinci olan Rusiya da hər iki turnirdə yarışacaq.
 
Kişilərdən ibarət yarışlarda iştirak üçün seçilmiş digər komandalar reytinq dərəcəsi ardıcıllığına uyğun olaraq İtaliya, Serbiya, Polşa, Bolqarıstan, Almaniya, Fransa, Finlandiya, Belarus, Slovakiya və Türkiyədir.
 
Qadınlardan ibarət yarışlarda iştirak üçün seçilmiş digər komandalara kvalifikasiya dərəcələrinin ardıcıllığına görə Serbiya, İtaliya, Türkiyə, Almaniya, Hollandiya, Polşa, Belçika, Xorvatiya, Bolqarıstan və Rumıniya daxildir.
 
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: "Biz əminik ki, Avropa Oyunlarının 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunları üçün seçmə yarışlara vəsiqə təqdim etməsi Bakı 2015-də Avropanın ən yaxşı komandalarının iştirak edəcəyinə imkan yaradacaq.
 
Bu, teleyayım tərəfdaşlarımız, tamaşaçılar və bütün Avropadakı voleybol azarkeşləri tərəfindən böyük marağın yaşanacağı deməkdir".
 
Paytaxtda yerləşən Crystal Hall-da keçiriləcək 16 günlük voleybol yarışlarında iki qızıl medal uğrunda mübarizə aparılacaq.
 
Avropa Voleybol Federasiyasının prezidenti cənab Andre Meyer deyib: "Avropanın ən yaxşı komandalarının həm kişi, həm də qadınlardan ibarət turnirlərdə iştirakı birinci Avropa Oyunlarında mükəmməl voleybol yarışlarının keçiriləcəyinə zəmanət verir.
 
"Bakı-2015" Avropa Oyunları beynəlxalq Voleybol təqvimində əlamətdar tarix kimi qeyd olunacaq və biz Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsini həyəcanla gözləyirik".
 
"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin İdman şöbəsinin direktoru cənab Pirs O’Kallahan qeyd edib: "Mən öz ölkələrini birinci Avropa Oyunlarında təmsil etmək üçün seçilmiş bütün komandaları təbrik etmək istərdim.
 
Voleybol qitə üzrə ən məşhur idman növlərindən biridir və Azərbaycan xalqının öz milli komandalarını möhtəşəm Crystal Hall-da dəstəkləmələri və qızıl medal uğrunda gedən mübarizəni izləmələri çox gözəl olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail