"Bakıdakı yarış bu oyunların maraqlı olduğunu Avropaya göstərəcək"
“Bakıda keçiriləcək Avropa Oyunları böyük uğur qazanacaq. Bu yarış idmançıların olimpiadaya daha yaxşı hazırlaşmasına xidmət edəcək”. Stadium.Az xəbər verir ki, bu sözləri Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.
O, Bakıya son səfəri ilə bağlı müsahibəsində ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına hazırlığın gedişindən məmnun qaldığını bildirib: “Bakıda olduğumuz 2 gündə yarışların keçiriləcəyi idman qurğuları ilə tanış olduq, yarana biləcək problemlərlə maraqlandıq. Gördüklərimizdən çox razı qaldıq. Bakının hər yerində tikinti işləri aparılır. Bu işə böyük qüvvə sərf olunur. Mən əminəm ki, hər şey qaydasında və vaxtında hazır olacaq”.
Hikki Bakıdakı yarışların gözləniləndən də artıq uğur qazandığını düşünür: “Avropa Oyunları ilə bağlı işlərə başlayanda burada 10 idman növünün olmasını istəyirdik. İndi isə bu rəqəm 20-yə yaxındı. Hətta biz bəzi növlərdən imtina etmək məcburiyyətində qaldıq. Bu da Avropa Federasiyalarının yarışa böyük marağını göstərir. İnanıram ki, 2019-cu ildəki Avropa Oyunlarında atletika və üzgüçülükdə də ən güclü idmançılar çıxış edəcək. Çünki Bakıdakı yarış Avropaya göstərəcək ki, bu oyunlar nə qədər maraqlıdı. Avropa Oyunları idman təqviminin bir hissəsinə çevriləcək. Buna görə də yarışa daha çox maraq cəlb edən növləri daxil edilməsini istəyirik. Gənc idmançılarda da maraq oyatmaq mümkün olacaq. Düşünürəm ki, Bakıdakı Oyunlar avropalı idmançılara Olimpiadada daha çox medal qazanmağa kömək edəcək. Burada qazanılacaq təcrübə onların hazırlığına müsbət təsir etməlidi. Bunun da nəticəsi Rio-de-Janeyro, Tokio və növbəti Olimpiya Oyunlarında maksimum uğur qazanmaqda əks olunacaq. Bizim üçün Olimpiya xartiyasının prinsipləri çox vacibdi. Azərbaycan tərəfi də bizi bu prinsiplərə əmək olunacağına inandırıb”.
Qeyd edək ki, bu il keçiriləcək Avropa Oyunları iyunun 12-28-də baş tutacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |