"Baku Fires" "Astana Arlans"a qarşı
Bu gün Qazaxıstanın Çimkənd şəhərində Ümumdünya BoksSeriyasının (WSB) 10-cu turu çərçivəsində “Baku Fires” “Astana Arlans”ın qonağı olacaq. Stadium.Az xəbər verir ki, cari mövsümdə bütün görüşlərdə qalib gələn Qazaxıstan komandası 27 xalla qrupun vahid lideridir.
Komandaların heyətləri artıq məlumdur:
“Astana Arlans” – “Baku Fires”
52 kq. Oljas Sattıbayev – Murad Rabadanov
60 kq. Zakir Safiullin – Albert Səlimov
69 kq. Kanaqat Maralov - Pərviz Bağırov
81 kq. Hrvoe Sep – Mixail Dauqalivets
+91 kq. Filipp Hrqoviç – Hacı Murtuzəliyev
“İtalia Thunder”lə səfər qarşılaşmasında qalib gələn Rabadanov bu dəfə də heyətə daxil edilib.
“Baku Fires”in baş məşqçisi fərdi reytinqdə 1-ci olan Albert Səlimovu da Qazaxıstana aparmağı məqsədə uyğun sayıb. Boksçumuz ötən il Bakıda keçirilən “İpək Yolu” turnirinin qalibi olmuş Safiullinlə üz-üzə gələcək.
Fərdi reytinqdə 4-cü yerdə olan Pərviz Bağırov lisenziya şansını artırmaq üçün mütləq Qazaxıstandan qələbə ilə dönməlidir.
“Astana Arlans” komandasının ən güclü boksçuları 81 və super ağır çəki dərəcələrində olan idmançılardır. Xorvatiyalı Hrvoe Sep hazırda fərdi reytinqdə 3-cü yeri tutur. Xorvatiyalı boksçu 2011-ci ildə Ankara keçirilən Avropa çempionatının bürünc mükafatçısı olub.
Filipp Hrqoviç reytinq cədvəlinə başçılıq edir. Onun qarşısına bu il liqada ilk görüşünü keçirəcək Hacı Murtuzıliyev çıxacaq.
Qubada keçirilən görüşdə “Astana Arlans” Baku Fires”i 3:2 hesabı ilə məğlub etmişdi.
Bu həftə B qrupunda “Caciques Venezuela” doğma divarlar arasında USA “Knockouts” komandasını qəbul edəcək. “Puerto Rico Hurricanes” “İtalia Thunder”lə qarşılaşacaq. “Rafako Hussars Poland” isə “Argentina Condors”un qonağı olacaq.
Turnir cədvəli
“Astana Arlans” – 27 xal, (döyüşlərin nəticələri 37-8)
Baku Fires – 20, (31-14)
USA “Knockouts” – 19, (25-20)
İtalia Thunder” – 16, (25-19)
“Puerto Riko Hurricanes” – 14, (20-25)
“Venezuela Cacquez” – 11, (16-29)
“Rafako Hussars Poland” – 10, (17- 28)
“Argentina Condors” – 1, (8-36)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |