"Onunla ayaqlaşmağa çalışırdıq"
“Tour d’Azerbaidjan-2015” veloyürüşünün bu gün keçirilən ikinci mərhələsinin ardından mətbuat konfransı keçirilib. Stadium.Az xəbər verir ki, Bakıdan İsmayıllıya qədər olan 187 km məsafəni ilk “üçlük”də başa vuran idmançılar fikirlərini açıqlayıblar.
Bu mərhələdə əvvəllər də qalib gələn Primoş Roqliç (“Adria Mobil”, Sloveniya) liderliyini sonadək qorumaq əzmində olduğunu qeyd edib: “Yürüşün bugünkü mərhələsi çətin mübarizə şəraitində keçdi. Əsas sonuncu yoxuşda çalışdım ki, var qüvvəmlə işləyim. Məncə, bunu bacardım. Bu qələbənin əhəmiyyəti mənim üçün çox böyükdü. Bu mənim İsmayıllıda 2-ci qələbəmdi. Ötən illə indiki yarış arasında əsas fərq necə qalib gəlməyimdədi. Həmin vaxt ikinci yoxuşdan sonra rəqibimlə mübarizə aparıb qalib gəldim. Bu dəfə isə sonuncu yoxuşdan sonra komanda yoldaşlarımın hesabına liderliyi ələ aldım və finişə 1-ci çatdım. Özümü xoşbəxt hiss edirəm. Növbəti mərhələlər çətin olsa da, çalışacam ki, köynəkləri özümdə saxlayım”.
“Sinergy Baku”nun sloveniyalı velosipedçisi Matey Muqerli 2-ci yerin də sevindirici olduğunu bildirib: “Çox çətin mərhələ idi. Biz öncə yoxuşlardan istifadə edib, irəli atılmağı planlaşdırmışdıq ki, bu da alındı. Komandamız 3 idmançı ilə əla təqib edirdi. Mərhələnin qalibi olan Roqliç həmyerlimdi. Onunla ayaqlaşmağa çalışırdıq. Komandamızın heyətində yenidən fəxri kürsüdə yer aldığıma sevinirəm. Yarışa çox yaxşı hazırlaşmışıq. Bu yarış bizim üçün xüsusi əhəmiyyət kəsb edir. V mərhələ Bakı-2015-in marşrutu ilə eynidi və bu oyunlarda da qalib gəlmək istəyirik”.
3-cü olan Kristofer Horner (“Airgas-Safeway”, ABŞ) də göstərdiyi nəticədən razı qalıb: “Çox gözəl təbiətə heyran oldum. Azərbaycanın böyük potensialı var. Ölkədə iqtisadi inkişaf buna imkan verir. Gözəl iqliminiz, dağlarınız, meşələriniz, azarkeşləriniz var. Bu səbəbdən də mən “Tour d’Azerbaidjan”in gələcəyini yaxşı görürəm. Liderlər qrupu dəstədən ayrılanda burada 16 velosipedçi var idi. Komanda yoldaşlarımla bir-birimizi dəstəkləyərək ön pillələri qoruduq. İndiki halda bu da yaxşı nəticədi. Çünki cəmi 1 gün istirahət etmişdik”.
Mükafatçıların ardından “Sinergy Bku”nun üzvü Maksim Averin də fikirlərini bölüşüb: “Sprintdə daha güclüyəm. Bu mərhələdə məqsədim irəli atılıb, köynəyi əldə etmək idi. Dağ mərhələsində lider olan idmançıları keçmək mənim üçün çətin idi. Şəxsi nailiyyətim önəmli deyil. Əsas odu ki, komanda yoldaşım 2-ci oldu. Amma hələ yarış davam edir. Mən də ən yaxşı sprinterin daşıdığı köynəyi qorumağa çalışacam”.
Bənövşəyi köynəyin sahibi isə Frantişek Sisr (“Dukla”, Çexiya) yarışla bağlı fikirlərini açıqlayıb: “Bənövşəyi köynəyə sahib olduğum üçün sevincliyəm. 7-ci yerə yüksəldim. 22 yaşım var və gələcəkdə peşəkar velosipedçi olmaq arzusundayam”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |