Bakı Olimpiya Oyunlarına namizəd ola bilər
Bakı 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürə bilər.
Stadium.az xəbr verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
"Biz artıq iki dəfə Olimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizə aparmışıq. Lakin həm 2016, həm 2020 Olimpiya Oyunlarına ev sahibliyi mübarizəsində uduzduq. Beynəlxalq Olimpiya Komitəsi (BOK – red.) namizəd ölkələrin qarşısına ciddi tələblər qoyur. Əgər bu tələblər azalsa, Bakı 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək imkanlarını nəzərdən keçirəcək. Əks təqdirdə dövlətdən böyük investisiyalar tələb edəcəyik.
Məsələn, Bakı Olimpiya stadionu 68 min tamaşaçı tutumuna malikdir. Ancaq BOK minimum 80 min tamaşaçı tutumlu stadion tələb edir. Bu mənada Pekin nümunəsi hər kəsə məlumdur. Orada inşa olunan "Quş yuvası" stadionu demək olar ki, istifadə edilmir".
Nazir həmçinin qeyd edib ki, Azərbaycan Yay Olimpiya Oyunlarına namizədliyi irəli sürməzdən öncə diqqətini Olimpiya Hərəkətanın "Bakı-2015" I Avropa Oyunları barədəki reaksiyalarına yönəldəcək.
Qeyd edək ki, 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyin irəli sürüləcəyi son tarix bu ilin sentyabrın 15-də başa çatacaq. Artıq Roma, Hamburq və Boston şəhərləri namizədliyini irəli sürüb. Budapeştin də Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürmək üçün müraciət edəcəyi bildirilir. A.Rəhimov Bakının Olimpiya Oyunlarına namizədliyini irəli sürülüb-sürülməyəcəyi ilə bağlı son qərarı Azərbaycan Respublikasının prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin verəcəyini bildirib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |