"Ruslan Abışov Bolqarıstanla oyunda meydanda olacaq"-Robert Prosineçki
"Komandamı yaxşı oyuna görə, İtaliya millisini isə qələbə münasibəti ilə təbrik edirəm. Məncə, komandam bu gün çox yaxşı oyun göstərdi".
Stadium.az xəbər verir ki, bu sözləri az öncə başa çatan Azərbaycan - İtaliya (1:3) oyunundan sonra yıığmamızın çalışdırıcısı Robert Prosinecki deyib. Təcrübəli çalışdırıcı daha sonra jurnalistlərin suallarını cavablandırıb.
-İlk hissədə komandanız yaxşı oynadı. Siz onlara hansı tapşırığı verdiz və nə alınmadı?
-İtalyanlara qarşı oynama çox çətindi. Onlarla oyunda sona qədər vuruşmaq lazımdır. Mənim komandam 90 dəqiqə bu mübarizəni bacardı və yaxşı çıxış etdi.
-Ruslan Qurbanovu bir qədər tez əvəzləmək daha doğru olmazdı?
-Ruslan bu gün dişsiz deyildi. Heç də pis oynamadı. Eyni zamanda mənim başqa hücumçum yoxdur oynatmağa. Toğrul Erat da "Fortuna"da ikinci komandada çıxış edir. Gənc olduğu üçün, ona da şans vermək istədim. Nəyə qadir olduğu görmək istədim. Amma nəzərə alın ki, mənim başqa hücumçum yoxdur.
-Rəşad Sadıqov bildirib ki, koryerasını bitirmək istəyir, amma siz Bolqarıstanla oyunu gözləməsini demisiziniz. Bu barədə nə deyə bilərsiz?
-Bəli, mən ona belə bir söz demişəm. İstəyirəm ki, Bolqarıstanla oyunda da Rəşad bizimlə olsun. Bundan sonra biz onunla danışarıq. Bu tempdə oynaya biləcək, ya yox.
-Rəşad oynamasa, onun yerinə kimi düşünmüsüz?
Rəşad olmasa, Ruslan Abışov var. Ruslan artıq oynayır. Və meydana niyə çıxmadığı da bəllidir. Belə rəqiblərə qarşı oynayacaq 3 müdafiəçi var ki, bunları da siz bilirsiz. Ruslan artıq "Qəbələ"də oynayır və bundan sonra millidə də çıxış edəcək. Bolqarlarıa oyunda Ruslanı meydanda görərik. Ruslan meydanda olacaq.
-Bolqarıstan millisinin çalışdırıcı sizinlə oyunda gənclərə şans verəcəyini bildirib. Siz də bu addımı atacaqsız?
-Gənc futbolçular Avstryaya gediblər. Amma mənim də fikrim var ki, bir neçə gənc oyunçunu meydana buraxım. Biz ora yaxşı futbol oynamağa gedirik. Avstraya olanlardan da xəbərim var. Mən düşünürəm ki, 7:0-dan sonra Yaşar müəllimin vəziyyəti necə olub.
Cavid ƏHMƏDOĞLU
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |