“O, məni arxada qoyacaq”- ETİRAF
İlk Avropa Oyunlarının qızıl medalını qazanaraq Azərbaycana sevinc bəxş edən idmançılarımızdan biri də boksçumuz Pərviz Bağırov oldu. O, həmçinin 69 kq çəki dərəcəsində dünya çempionatının bürünc medalını qazanaraq Rio-de-Janeyroda baş tutacaq Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etdi.
Boksçumuzun şəxsi məşqçisi Vüqar Ələkbərov da vaxtilə boksda öz sözünü demiş idmançılardan olub. 81 kq çəki dərəcəsində Sidney Olimpiadasının bürünc mükafatını qazanmış V.Ələkbərov bu dəfə tələbəsindən danışdı. Açıqlama verən məşqçi tələbəsinə çox inandığını dilə gətirib:
“Təbi ki, qızıl medal hər kəsin arzusudur, qalanı isə Allahın qismətidir. Biz də bir məşqçi olaraq onun qızıl medal qazanmasını arzulayırıq. Amma ümid edirəm ki, Pərviz Bağırov Rio Olimpiadasından da medalla qayıdacaq. Hazırlığımız da o istiqamətdədir. Hər şey qaydasındadır deyə bilərəm. Əlində yaranmış zədə ilə bağlı müalicəsi davam edir. Düzdür, çalışırıq o əli ilə zərbələr vurmasın ki, tam bərpa olunsun. Lakin ümumilikdə hazırlığımız yüksək səviyyədədir, hər şey istədiyimiz kimi gedir. Şükür Allaha çəki salmaq kimi problemimiz də yoxdur, hər şey qaydasındadır. Onu da qeyd edim ki, Dohada keçirilən dünya çempionatında onun zədəli olması qızıl medal qazanmaması ilə nəticələndi. Əlbəttə buna heyfsilənirik. Düşünürəm ki, Pərvizin əlində zədəsi olmasaydı, orada dünya çempionu titulunu qazana bilərdi”.
Məşqçi tələbəsi Pərvizin onun uğurlarını geridə qoyub-qoymayacağı ilə bağlı suala belə cavab verdi:
“İnşallah olar (gülür). Allahın köməyi ilə o, ən azından mənim nailiyyətlərimi təkrar edəcək. Amma öncə də qeyd etdiyim kimi, bu mənim arzumdur. Mən Yay Olimpiya Oyunlarından bürünc qazanmışdımsa Pərvizin məndən daha böyük uğur qazanaraq qızıl medala yiyələnməsini çox istəyirəm. Çünki mən Pərvizi bir Olimpiya çempionu kimi görmək istəyirəm. O buna layiqdir. Pərvizdə çox güclü potensial var”. publika.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |