Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Nazim Süleymanov: "Futbolçuların bir az da mütaliə etmələrini istərdim"
11.02.2016 | 2972 dəfə oxunub
"Təlim-məşq toplanışına "Qəbələ”dən ən çox futbolçu çağırmağım təsadüfi deyil. Bunun səbəbləri var". Stadium.az xəbər verir ki, bu fikirləri Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) baş məşqçisi Nazim Süleymanov “Qəbələ İK” qəzetinə açıqlamasında deyib. 51 yaşlı çalışdırıcı U-19 yığmamızın Bakıda fevralın 5-dək 15-dək olan seleksiya xarakterli təlim-məşq toplanışına 24 futbolçu dəvət göndərib. Bunlardan ən çox – 9 futbolçu "Qəbələ” klubundadır. Söhbət qapıçılar Elnur Orucovla Süleymanov, müdafiəçilər Əzəmət Ələkbərli, Sahil Zeynalov, Amin Seydiyev, yarımmüdafiəçilər Hacıağa Hacıyev, Baxşəli Baxşıliyev, Ravil Yusifli və hücumçu Rövlan Muradovdan gedir. Seçimiylə bağlı fikirlərini bölüşən Süleymanov "Qəbələ”nin U-19 komandası öz liqasının vahid lideri olmasının böyük rol oynadığını bildirib: "İkincisi də bu komandada, eləcə də "Qəbələ”nin əvəzedici heyətində 1998-ci il təvəllüdlü futbolçular çoxdur. Bizə də qarşıdakı seçmə mərhələdə məhz bu yaş qrupundan ibarət futbolçular lazımdır. "Qəbələ”dən hələ bəziləri var ki, onları bu dəfə dəvət etmədik. Məsələn, müdafiəçilər Elvin Dəmirovla Xəyal Əmirlini dekabrda ilk toplanışa çağırmışdım. Bu dəfə digər müdafiəçiləri Sahil Zeynalovla Amin Seydiyevi sınamaq istədim. Sual oluna bilər ki, Hacıağa Hacıyev niyə yenə çağırılıb? Səbəb Hacıağayla bir daha yaxından tanış olmaq istəyimdir”. Təcrübəli mütəxəssis U-19 Liqasıyla yanaşı, əvəzedici heyətlərin oyunlarını diqqətdə saxlayır. Hər halda, əvəzedici heyətdə də 18-19 yaşlı futbolçular olur. Mərdəkab qəsəbəsində "Dalğa” stadionunda keçirilən və yoxlama oyunlarının nəzərdə tutulduğu toplanış qarşıdakı seçmə mərhələyə hazırlığın bir mərhələsidir. Süleymanovu dinləyək: "Növbəti seçmə mərhələ bu ilin oktyabrında Litvada olacaq. Bu dəfə kimi çağırmamışıqsa, onları sonra yoxlayacağıq. Bütün futbolçulardan əsas istəyimiz bütün diqqətlərini məşqə yönəldib məşqçilərin dediklərinə diqqətlə qulaq asmalı, onlara verilən tapşırıqları həyata keçirmələridir. Futbolçuların bir az da mütaliə etmələrini istərdim. Bildiyiniz kimi, futbol kollektiv idman növüdür. Burada "mən güclüyəm”i məşqdə və oyun zamanı göstərməli, özünü ən yaxşı tərəfdən nümayiş etdirməlisən. Biz nizam-intizama xüsusi diqqət yetirir, bunu futbolçulardan tələb edirik. Nizam-intizama əməl etməyən futbolçu bizə lazım deyil”. |
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |