AFFA yenidən Emin Mahmudova dəvət göndərib
AFFA Rusiyanın “Spartak” klubunda çıxış edən Emin Mahmudova növbəti dəfə milli komandamızda çıxış etmək təklifi göndərib. Stadium.az xəbər verir ki, Azərbaycandan Mahmudova yeni təklifin gəlməsi bağlı xəbəri Moskva klubunun baş məşqçisi Valeri Karpin də təsdiqləyib.
Hələ qışda bu barədə müzakirələrin getdiyini söyləyən Karpin budəfəki danışıqların hansı sonluqla başa çatacağından xəbərsiz olduğunu bildirib: “Hələ qışda bununla bağlı danışıqlar olmuşdu, ancaq sonradan ara sakitləşdi. Budəfəki danışıqların necə nəticələnəcəyini isə bilmirəm. Emin hələlik heç bir qərar qəbul etməyib. Onun gələcəyi ilə bağlı danışsaq, klub Mahmudova ciddi şəkildə inanır”.
Emin Azərbaycanda anadan olsa da, sonradan ailəsiylə birlikdə Rusiyaya köçüb. O, futbol və orta məktəb təhsilini orada alıb. Bundan başqa, 22 yaşlı yarımmüdafiəçi artıq Rusiyanın gənclərdən ibarət yığmasında debüt edib. Mahmudov artıq ikinci dəfədir ki, AFFA-dan belə bir dəvət alır. Hələ fevral ayında AFFA-nın prezidenti Rövnəq Abdullayevin adından futbolçu ilə danışıqlar aparılıb.
Mahmudovun meneceri Oleq Malejik də AFFA-dan ikinci dəfə təklif aldıqlarını təsdiqləyib. Ancaq Malejik də hələlik Eminin bu barədə qərar vermədiyini bildirib: “Hə, mənim müştərimlə Azərbaycan tərəfindən maraqlanan oldu. Ancaq Emin hələ ki, gələcək taleyi ilə bağlı qərar verməyib. Mahmudov tələsməməlidir. Növbəti seçmə mərhələ hələ gələn ilin payızında başlayacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |