Roman Qriqorçuk: "Bu çətinliyi adlaya bildik"

15.04.2016 | 3249 dəfə oxunub

Azərbaycan Premyer Liqasının 30-cu turunun “Qəbələ” – “Rəvan” qarşılaşmasından (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Stadium.Az sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Komandamıza qələbə qazandıran qolları nə vaxt vurmağımızın heç bir əhəmiyyəti yoxdur. Əslində, hesabı daha tez açmalıydıq. Lakin indi bunun fərqinə varmıram. Bu qələbə bizim üçün çox vacib idi. Buna da nail olduq. Ümid edirəm ki, bu qələbə bizə özünəinam, müsbət əhval-ruhiyyə gətirəcək. Çünki son turlarda layiq olduğumuz nəticələri qazana bilməməyimiz futbolçulara da mənfi təsir edirdi. Nəticədə onlar yaxşı əhval-ruhiyyədə olmur, matça lazımi səviyyədə köklənə bilmirdilər. Yaxşı oldu ki, qalib gəlib, bu çətinliyi adlaya bildik.

Hər dəfə hakimlik haqda danışmaq istəmirəm. Meydandan kənarlaşdırılmağıma gəlincə, bunu qəbul edirəm. Hakimdən bunun səbəbini soruşdum. O, texniki zona xəttini keçdiyim üçün bu cəzaya məruz qaldığımı bildirdi.

Oyunlarımızın təxminən 1/3-də aşkar üstünlüyə malik olub, qol imkanları yaratmışıq. Lakin bu şanslardan yararlana bilmədiyimizdən vacib xallar itirmişik. Qol vəziyyətlərindən istifadə ilə bağlı çatışmazlıqları tam aradan qaldırmamışıq. Bunun üzərində çalışırıq”. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail