Nizami Paşayevi millidən qovdular
Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər vəzifələrində dəyişiklik baş verib. Stadium.Az xəbər verir ki, Ruslan Xanverdiyev vitse-prezident, Rizvan Rəsulov baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub. Millinin baş məşqçisi Nizami Paşayev isə vəzifəsindən qovulub.
Yeni vəzifələrə təyinatdan sonra AAAF prezidenti Cahangir Əsgərov müşavirə keçirib. O, idmançılar tərəfindən qadağan olunmuş stimullaşdırıcı preparatlardan istifadənin təkrarlanmaması üçün ciddi tədbirlərin görülməsi barədə tapşırıq verib.
Federasiyadan bildirilib ki, hazırda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına fəal hazırlıq gedir. Ən yaxın zamanda Azərbaycanın ağır atletika üzrə yığmasının heyəti formalaşdırılacaq və bu barədə əlavə məlumat veriləcək.
Antidopinq qaydalarının pozulmasında ittiham olunan dünya və Avropa çempionu Boyanka Kostovaya gəlincə, AAAF Beynəlxalq Ağır Atletika Federasiyasına (IWF) apellyasiya şikayəti göndərib. Federasiya ümid edir ki, qısa müddətdə şikayət müsbət həllini tapacaq və Kostova "Rio-2016"da iştirak edəcək.
IWF Azərbaycanın altı atletini 2015-ci il dünya çempionatı zamanı dopinq-testdən keçə bilmədiyi üçün uzun müddətə diskvalfikasiya edib. Onlardan beşi 8 il, biri 4 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. Eyni zamanda 2008-ci il Pekin və 2012-ci il London olimpiadasında çıxış etmiş ağırlıqqaldıranların dopinq-testlərinin təkrar analizləri nəticəsində müvafiq olaraq, İntiqam Zairov və Boyanka Kostovadan istifadəsi qadağan olunmuş preparatlar aşkarlanıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |