Rüstəm Orucov: "Yaponiyalıdan zəif idim" - MÜSAHİBƏ
Bakıda keçirilən Böyük Dəbilqə turnirində qızıl
ümidimiz olan Rüstəm Orucov ümidləri doğrultmadı. Stadium.Az xəbər verir ki, 73
kq çəki dərəcəsində dünya reytinqində birinci olan Rüstəm ancaq bürünc medal qazana bilib. Ötən
gün mükafatlandırma mərasimindən sonra Orucov fikirlərini əməkdaşımızla
bölüşüb:
- Finala çıxa
bilməməyinə nə mane oldu?
- Özünüzdə gördüz ki, əlimdən gələni etdim. Ancaq
yaponiyalıdan zəif idim, ona görə də məğlub oldum. Bizdə elə idmançılar var ki,
yapona qalib gəlir. Məndə daha çox məşq edib, artırmalıyam. Başqa variant
yoxdu.
- Millidə baş
məşqçi dəyişikliyindən sonra vəziyyət necədir?
- Hər şey qaydasında gedir. Demək olar ki, eyni
proqramla hazırlaşırıq.
- Rio
Olimpiadasındakı Rüstəmlə indiki Rüstəm arasında nə kimi dəyişiklik var?
- İndi daha da güclənmişəm.
- Amma
Rioadakı kimi güləşmirsən…
- Ötən il də 3-cü olmuşam, indi də. Məncə pis nəticə
deyil.
- Riodan
sonra səndən daha böyük nəticələr gözlənilir. Həm də öz çəkində dünya
reytinqində neçə müddətdir birincisən…
- Bu idmandı, qələbə də olur, məğlubiyyət də. Sadəcə səhvlərdən
yaxşı nəticə çıxartmaq lazımdır. Elə bir idmançı yoxdur ki, məğlub olmasın. Qələbə
qazandığımız kimi, məğlub olanda da bunu qəbul etmək lazımdır.
- Qarşıda
hansı planlar var?
- İndi Qazaxıstana təlim-məşq toplanışına gedəcəyik. Həm
də avropa çempionatı var. Əsas diqqət isə İslam Oyunlarıdır. Bu yarışa maksimum
formada olmalıyıq. Mən bu yarışda da əlimdən gələni edəcəm ki, medal qazanım.
- Millidə baş
məşqçi olacaq yerli mütəxəssis var, yoxsa əcnəbi gəlsə yaxşı olar?
- Millimizin hazırkı məşqçisi Fərhad Məmmədov burda
qalmağa layiqdir. Neçə illərdir millidə baş məşqçi köməkçisi işləyib, bütün
proqramları bilir. O qalsa daha yaxşı olar. Həm də bütün uşaqlar onu çox istəyir.
- Hansı
idmançımız sənin ümidini doğrultmadı?
- Nicat Şıxəliyevdən medal gözləyirdim, amma alınmadı.
Rüfət çempion oldu, 90 və 100 kq çəki dərəcəsindən də qızıl gözləyirəm.
- Gənclərdən
kimi şanslı sayırsan cüdo üçün?
- Hidayət yaxşı uşaqdır. Öz üzərində çalışsa yaxşı nəticələr qazana biləcək. Hidayət artıq güclü idmançıdır. Sadəcə məşq edib daha da artırmalıdır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |