Armenteros "Qarabağ"lı günlərindən danışdı
"Mən ötən il "Qarabağ"da oynadım. Yadımdadır ki, "Göteborq" Avropa Liqasında onlara qarşı oynamışdı. Mən onlar kimi üstün komanda görmədim. Xatırlayıram ki, isveçlilər məndən soruşdu ki, “Qarabağ” klubu necə komandadır və onlar hansı futbolu oynayırlar? Mənim cavabım belə idi: onların yaxşı legionerləri var, braziliyalı və ispan futbolçular çox güclüdü. Xatırlayıram ki, dediklərimi onların oyununda gördüm. "Göteborq" heç nə edə bilmədi".
Stadium.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros İsveçin “Fotbollskanalen” nəşrinə müsahibəsin deyib.
"Azərbaycanda nə əldə etdiniz" sualına isə Armenteros belə cavab verib: "Mən orada demək olar ki, hər matçda meydana çıxırdım. Ümumilikdə 23 oyun keçirdim, 7 qol vurdum. Çox da pis nəticə deyildi. Azərbaycan çempionatında gərginlik az olduğundan "Qarabağ" rahat çempion oldu. Təsəvvür edin ki, aşağı pillə ilə aramızda 22 xal fərqi var idi".
27 yaşlı Armenteros ötən mövsüm şərəfini qoruduğu, heyətində "qızıl dubl" etdiyi "Qarabağ"ı keçən yay Hollandiyanın yüksək liqa təmsilçisi "Herakles" klubuna dəyişib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |