“Bu ləkəni mətbuata bulaşdırmaq cəhdlərinə yol verməyəcəyik"
“Keşlə” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov "Futbolpress.az" və "Futbolinfo.az" saytları ilə bağlı Azərbaycan Mətbuat Şurasına şikayət edib.
Bu haqda adları çəkilən saytların bu gün yaydığı birgə bəyanatda qeyd olunub.
Bəyanatda bildirilir: “Bu gün Mətbuat Şurasının icraçı direktoru, uzun müddət şuranın hüquq komissiyasının üzvü olmuş Şəmsəddin Əliyevin müraciəti əsasında "Futbolpress.az" və "Futbolinfo.az" saytları müvafiq olaraq, 7 və 11 avqust tarixlərində MŞ-yə çağırılıblar.
Şəmsəddin bəyin bildirdiyinə görə, buna səbəb "Keşlə" FK-dan şuraya şikayətin daxil olmasıdır.
Şikayətdə klubun Müşahidə Şurasının sədri Zaur Axundovun işgüzar nüfuzuna xələl gətirən yazıların/xəbərlərin dərc edildiyi qeyd olunub.
Təklif edilib ki, klub və adıçəkilən saytlardan nümayəndələrin iştirakı ilə şurada görüş keçirilsin və problem müzakirə edilsin. Tərəfimizdən şuranın müraciəti qəbul edilmiş, qeyd olunan tarixlərdə qurumun müvafiq şöbəsində müzakirələrə qatılacağımızı bildirmişik. Lakin bu məsələ ətrafında ictimaiyyətə kiçik açıqlama vermək ehtiyacı duyduq.
Əvvəla, "FutbolPress"in fəaliyyətdə olduğu 9, "Futbolinfo"nun isə 5-cü ilində Mətbuat Şurasıyla nəhayət ki, yollarının kəsişməsi, yada düşməyimiz yaxşı oldu. İnanırıq ki, bundan sonra şuraya üzv olmağımız üçün yol daha qısa olacaq və sürətlə qət olunacaq. Həm də elektron KİV haqda qanunun işlənib, qəbul edilməsinə ciddi ehtiyacın olduğunu göstərən növbəti situsiya ilə rastlaşmış olduq.
Əvvəla, Şəmsəddin bəyə də xatırlatdığımız kimi, "Keşlə" FK-dan redaksiyamıza indiyədək heç vaxt hansısa materialın təkzib edilməsinə ehtiyacın olduğu barədə hər hansı müraciət daxil olmayıb.
Ancaq klub şikayətçidir. Konkret hansı səbəbdən - göstərilməyib. Sadəcə, tələb olunub ki, şurada bu, müzakirə edilsin. Biz istənilən müzakirəyə hazır olduğumuzu bildirmişik, lakin hər kefinə düşənin şikayət eləməsi hansı mexanizmlə tənzimlənir? Zaur Axundovun hansı işgüzar imicinə, hansı yazıda nə cür xələl gəlib? Nümunə, dəlil varmı? Olmazdımı bu, dəqiq göstərilsin?
MŞ-nın səlahiyyətlisi olan Şəmsəddin bəydən xahiş etdiyimiz kimi, "Keşlə"dən edilən bu şikayət konkret hansı detalları nəzərdə tutursa, şikayətçi şəxs özü mütləq iştirak etsin. Əks halda bu, bizim jurnalist, media nüfuzumuza ciddi zərər cəhdi kimi qarşılanacaq. Fəaliyyətdə olduğu müddətdə heç vaxt hər hansı şikayətə səbəb olmayan bu KİV-lərin haqqında əsassız şikayət onu göstərir ki, klubun mövqeyi adekvat deyil.
Məsələ ilə əlaqədar AFFA rəhbərliyinə, futol ictimaiyyətinə və MŞ başda olmaqla müvafiq media qurumlarına müraciət edirik:
"Keşlə" FK-nın haqqımızda şuraya şikayəti qanunla tənzimlənən müstəqil media fəaliyyətimizə süni təzyiqdir. Əsassız şikayət cəhdi klubun qərəzinin göstəricisidir və qətiyyətlə tələb edirik ki, MŞ bu məsələni ciddi araşdırıb, qüsursuz, peşəkar fəaliyyəti ilə nüfuz qazanmış bu KİV-lərin imicinə zərbə yetirmək cəhdlərinin hüquqi qiymətini versin.
Biz bu məsələdə artıq təşəbbüskar tərəfik və bütün araşdırmalara açığıq. Hətta adıçəkilən klubun ən başda adıçəkilən KİV-lər olmaqla, idman mediasında tənqidi mövqeyi olan mətbuat orqanlarına şirnikləndirici təkliflərlə ələ almaq cəhdlərinə dair faktları təqdim etməyə hazırıq. Və inanırıq ki, dürüst, şəffaf fəaliyyəti ilə hörmət qazanmış KİV-lərə qarşı bu mövqenin əsl səbəblərini üzə çıxaracağıq.
Klubun Müşahidə Şurasının sədri təyin olunandan adı qalmaqallarda hallanan Zaur Axundovun indi də müstəqil mövqeyi və şəfaf fəaliyyəti olan KİV-lərə qarşı hücumu pislənir, futbol ictimaiyyətini bu prosesin açıq müzakirə edilməsində fəal iştirak etməyə səsləyirik. Futbolda pis tendensiyalara səbəb olmuş şəxslərin bu ləkəni mətbuata bulaşdırmaq cəhdlərinə yol verməyəcəyik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |