Füzuli Məmmədov: "Emin komandamızın "beyni"dir"

20.01.2020 | 6168 dəfə oxunub

"İlk oyunum idi və bilirdik ki, çətin olacaq. Çünki güclü komandayla görüşürdük. Futbolçular verdiyim tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Ümumən matçdan razıyam. Əlbəttə, irəlidə məqşlərimiz var, təlim-məşq toplanışımız davam edir, durmadan çalışacağıq. Təbii ki, səhvlərimiz var və bunun üzərində çalışacağıq. Səhvləri aradan qaldırmaq yönündə maksimum səy göstərəcəyik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin müvəqqəti baş məşqçi Füzuli Məmmədov Antalyada təlim-məşq toplanışı çərçivəsində Kiyev "Dinamo"suna 1:2 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.

O, Emin Mahmudovla Namiq Ələsgərov oyunun sonunda yorğun görünməsi ilə bağlı bunları bildirib:

 "Belə deməzdim. Düşünmürəm ki, yorğun, ağır görünürdülər. Sadəcə, bilirsiniz, Emin meydanda kimdir, vəzifəsi nədir. Eyni şey Namiqə də aiddir. Deyərdim ki, ən yaxşı oyunlarından birini göstərdilər. Onu nəzərə alın ki, təlim-məşq toplanışındayıq, ağır məşqlər gedir. Futbolçular ağır yükləmədən sonra meydana çıxmışdılar. Gördünüz ki, rəqib hər hissə iki tam fərqli heyətlə oynadı, daha gümrah idi. Bizim futbolçular xarakter göstərdilər. Bunu görmək istəyirdim ki, yorğun olduqları təqdirdə xarakter göstərərək sonadək oynasınlar. Deyərdim ki, Namiq çox yaxşı görünürdü. Emin də komandamızın "beyni"dir.

O, "Neftçi"nin bu oyunda  yerlə ötürmələr verməsinin təsadüf olmadığını söyləyib: "Çünki bizdə futbolçuların hamısı keyfiyyətlidir. Onlar başa düşürlər ki, hansı epizodda necə ötürmələr edəcəklər. Bilirdik ki, bizə qarşı oynayan rəqiblərdə atletik, fiziki hazırlıqlı, hündürboy futbolçulardır. Bu üzdən ötürmələri Dabonun, Namiqin qarşısına yerlə etdik ki, qol vurmaq imkanımız olsun. Bu, futboldur, hər epizodun özünün tələbləri var. Amma əlbəttə ki, hələ bunların üzərində çalışacağıq. Bizdə elə olmayacaq ki, təsadüfən hücumlar olsun. Hər şey, müdafiəmiz də, hücumumuz da taktiki cəhətdən düşünülmüş olacaq.

Məmmədov Roberto Bordinin istefaya göndərilməsi komandaya təsir edib-etməyəcəyi ilə bağlı sualı isə  belə cavablandırıb: "İnşallah, qarşıda zaman var. Oyunumuzu daha yaxşı etməyə çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail