Eddi İsrafilov də millinin oyununa gəlməkdən imtina etdi
İspaniyanın “Albasete” klubunda çıxış edən Eddi İsrafilov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edə bilməyəcək.
Stadium.Az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edərək bildirib ki, hazırda İspaniyada koronavirus (COVİD-19) pandemiyası ilə bağlı vəziyyət gərgin olduğu üçün ölkəni tərk etdikdən sonra geri qayıdarkən minimum 2 dəfə müvafiq test verilməlidir, testlərin cavabının alınması isə qısamüddətli deyil.
Testlərin cavabını gözlədiyi müddətdə futbolçunun məşq etməsinə icazə verilməyəcək.
Eddi İsrafilovun qeyd olunan problemlə üzləşməməsi üçün Canni De Byazi onun millinin təlim-məşq toplanışında və UEFA Millətlər Liqası çərçivəsində Lüksemburq və Kipr millilərinə qarşı oyunlarda iştirak etməməsinə razılıq verib.
Bundan əvvəl millimizin və Almaniyanın "Erzgebirge” (Aue) klubunun futbolçu Dmitri Nazarov eyni səbəbdən yığmamızın təlim-məşq toplanışında iştirakdan imtina edib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |