Bartomeu Lionel Messinin görüş təklifini rədd etdi

29.08.2020 | 7906 dəfə oxunub

“Barselona”nın prezidenti Xosep Bartomeu kapitan Lionel Messinin komandanı tərk etməsi üçün güzəştə getmək istəmir.

Stadium.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, argentinalı hücumçu Bartomeu ilə görüşmək istəyib. Klub prezidenti isə bu təklifi qəbul etməyib.

Rəhbərlik 33 yaşlı oyunçunu yalnız müqavilədə qeyd olunmuş 700 milyon  avroluq təzminatın ödəniləcəyi təqdirdə satacaqlarını bildirib.

Messinin “Barselona” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. O, klub rəhbərliyindən narazı olduğu üçün sözləşməyə xitam vermək niyyətindədir.

Messinin müqaviləsində müqaviləni birtərəfli qaydada pozmağa imkan verən bəndin olduğu iddia olunsa da, sonradan məlum olub ki, sözləşməyə əsasən həmin müddəa yanvarda qüvvədən düşüb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail