Quardiola: "İnanılmaz dərəcədə qürur duyuram"
“Bu qələbə hamımız üçün, bütün klub üçündür. İnanılmaz dərəcədə qürur duyuram. İlk düşüncələrim bu gün meydana çıxmayan futbolçularla bağlı idi. Hamısı oynamağa layiq idi. Hamı bu qələbəyə töhfə verdi”.
Stadium.Az BBC-yə istinadən xəbər verir ki, bu sözləri “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinalında PSJ-yə qalib gəldikləri cavab matçından (2:0) sonra deyib. 49 yaşlı mütəxəssis finala vəsiqə qazanmalarını belə şərh edib:
“Çempion olmaq və finala hazırlaşmaq üçün 2-3 həftə vaxta ehtiyacımız var. “Barselona” və “Bavariya”nı məğlub edən komandaya qarşı iki matçın cəmində 4:1 hesabı ilə qalib gəlmək bizim üçün çox şey deməkdir. PSJ hər il Liqa 1-in çempionu olur. Onlar sona qədər mübarizə apardılar. PSJ güclü komandadır, amma biz də bütün komanda ilə mübarizə apardıq və finala çıxdıq. İnsanlar finala çıxmağın asan olduğunu düşünürlər. Bu futbolçular daim yüksək səviyyədə işləyirlər. Bu turnirdə qalib gəlmək çox çətindir və bunların göydəki ulduzlar ilə mütləq bir əlaqəsi var”.
“Mançester Siti”nin finaldakı rəqibi “Çelsi” – “Real” cütünün qalibi olacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |