Vladimir Levin" "Neftçi" ilə oyunda ona görə məğlub olduq ki..."
“İnter”in kapitanı Vladimir Levinin klubun rəsmi saytına müsahibəsi :
- Vladimir, şənbə günü “Neftçi” ilə keçirilmiş oyun barədə nə deyə bilərsiniz?
- Biz bu oyunda ona görə məğlub olduq ki, kobud səhvlərə yol verdik. Məhz mənim səhvimdən sonra qapımıza erkən qol vuruldu və bir qədər sonra yenə də öz səhvimizdən ikinci qolu buraxdıq. Sonra oyunun gedişini dəyişmək çox çətin oldu, ancaq bununla belə, fasiləyə qədər bir qolun əvəzini çıxa bildik. Lakin ikinci hissədə imkanlarımızdan yararlanmaq bizə müyəssər olmadı.
- Son oyunlarda “İnter”ə hissələri uğurla başlamaq müyəssər olmur. Belə ki, çempionat çərçivəsində “Neftçi” ilə keçirilən hər iki qarşılaşmada komandan erkən qollar buraxıb. Bundan başqa, “Xəzər Lənkəran” ilə ilk kubok oyununun ikinci hissəsinin uğursuz başlanğıcını da xatırlamaq olar. Bunu nə ilə əlaqələndirmək olar?
- Yəqin ki, bunu konsentrasiyanın çatışmazlığıyla izah etmək olar. Amma hər şey təsadüfün işidir, necə deyərlər, meydan düz, top yumrudur. Futbolda hər şey olur. Bunun səbəblərini izah etmək çətindir.
- Artıq sabah “İnter” kubok oyununda “Neftçi” ilə qarşılaşacaq. Qarşıdakı matç barədə nə düşünürsünüz?
- Oyuna ciddi hazırlaşırıq. 3 gün öncə keçirilmiş oyun haqqında xatirələr hələ yaddaşlarımızda yaşayır. Düşünürəm ki, məşqçilər heyəti bizə səhvlərimizi və nədə artırmaq lazım olduğunu göstərəcək. Biz artıq çempion olmaq şansımızı praktiki olaraq itirmişik və buna görə kuboku qazanmaq istəyirik. Bizə toparlanmaq və mövsümün qalan oyunlarını, istər çempionat, istərsə kubok matçlarını var-gücümüzlə keçirmək lazımdır.
- Avrokuboklara vəsiqə qazanmaq üçün hansı yol daha asandır? Kubok, yoxsa çempionat? Ümumilikdə, “İnter”in avrokubok turnirlərinə düşmək şanslarını necə dəyərləndirirsən?
- Hər hansı proqnoz vermək istəmirəm. Hesab edirəm ki, hoppanmadan “hop” demirlər. Bu mövzu ilə əlaqədar ancaq mövsümün sonunda danışa bilərəm. Amma indi öncədən fikir bildirmək istəmirəm.
- Son turlar “İnter” arzuolunmaz nəticələrlə qarşılaşır. Necə düşünürsünüz, bunun səbəbləri nədədir?
- Nəzərimcə, bunun bir çox səbəbi var. Haradasa geniş ehtiyat skamyamız çatışmır, haradasa uğursuzluqla qarşılaşırıq. Əvvəllər çox az qol buraxırdıq, ancaq son zamanlar çox qol buraxmağa başlamışıq. Bir sözlə, buna yalnız bir səhv gətirib çıxara bilməz. Bundan başqa, hazırda biz kifayət qədər sıx qrafiklə oynayırıq ki, bu da, əlbəttə ki, öz təsirini göstərir. Lakin ədalət naminə qeyd etməyə dəyər ki, digər klublar da belə sərt qrafiklə çıxış edirlər. Amma bununla belə biz cəhd edirik. Nəzəri məşğələlərdə səhvlərimizi daha yaxşı araşdırmağa çalışırıq və taktiki tapşırıqları daha dəqiq yerinə yetirməyə səy göstəririk. Çox az vaxt qalıb və tərəzinin gözünü xeyrimizə dəyişdirməyə çalışacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |