Rəşad Sadiqov: "Bizə yeni qoşulan futbolçulara vaxt lazımdı" - MÜSAHİBƏ

08.07.2012 | 7502 dəfə oxunub

"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Sadiqov dünən Avstriyada keçirilən Buxarest "Dinamo"su ilə oyundan sonra Stadium.az saytının əməkdaşına müsahibə verib.

- Reşad salam, "Neftçi"nin Avstriya toplanışı necə keçir?

- Toplanışımız çox yaxşı keçir. Şükürlər olsun ki, hələlik heç bir problemimiz yoxdur, hər şey öz qaydasında davam edir.

- Ümumi götürəndə düşərgədə ab-hava necədir?

- Ab-hava həqiqətən çox yaxşıdır. Hamı bir-birinə qarşı çox mehriban davranır. Tam səmimi deyə bilərəm ki, olduqca mehriban kollektivimiz var.

- Keçirdiyiniz yoxlama oyunlarda heç də yaxşı nəticələr əldə etmirsiz?

- Bilirsiz necədir, yoldaşlıq oyunlarında hər bir nəticə qeydə alına bilər. Qalib də gəlmişik, məğlub da olmuşuq. Əsas odur ki, rəsmi oyunlarda uğurlu nəticələr qeydə alınsın.

- Hazırlıq oyununda "Kuban"a uduzduz...

- "Kuban"a məğlub olmağımız həmin qarşılaşmada heç də pis oynamağımızla bağlı deyildi. Həmin matçın birinci hissəsində biz daha yaxşı oynadıq. Qol vurmaq üçün də bir çox şanslarımız oldu, amma yararlana bilmədik. İkinci hissəyə isə baş məşqçimiz 6 əvəzləmə ilə başladı. Fasilədən sonra meydanda əsasən gənc futbolçular vardı. Bu da istər-istəməz oyun planında axsamalara gətirib çıxardı. Nəticədə məğlubiyyətdən qaçmaq mümkün olmadı. Bu da oyunun gedişinə görə normal haldır.

- Bəs yeni gələn futbolçular necə təsir bağışlayır?

- Bizə yeni qoşulan futbolçulara vaxt lazımdı. Onlar burada adaptasiya prosesini tam başa vurduqdan sonra hər şey əla olacaq. Çünki hamısı yaxşı futbolçulardır.

- Səncə komanda Çempionlar Liqasına hazırdı?

- Məncə hazırdır.

- "Zestafon"ini keçə biləcəksiz?

- İnşallah "Zestafoni" səddini keçərik. Onlara zəif gözüylə baxmaq lazım deyil, kifayət qədər ciddi komandadırlar. Hər şeyə ayın 24-ü aydınlıq gələcək. Ümid edirəm ki, o zaman sevinən tərəf biz olacağıq.

- Avroliqada ilk oyunları keçirən "Bakı", "Xəzər Lənkəran" və "İnter"in əldə etdiyi nəticələr barədə nə deyə bilərsən?

- Mən Avroliqada çıxış edən hər üç klubumuza inanıram. Ümid edirəm ki, hər üçü turu keçəcək. Düzdü, "İnter" işi bitirib, qalıb digər iki klubumuz. Onlar da səfərdə yaxşı nəticə qazanıb turu keçərlər.

- İlk oyunlardan fərqli olaraq Buxarest "Dinamo"su kimi güclü klubu iki cavabsız qolla məğlub etdiz...

- Bu oyuna çox ciddi yanaşırdıq. Çünki artıq "Zestafoni" ilə oyunun hesablaçı çizilir. Bu oyuna sanki o qarşılaşmaya çıxırıq kimi çıxmışdıq. Nəticə də göz qabağındadır. Ümid edirəm ki, "Zestafoni" ilə oyunda da belə uğurlu nəticə qazanacağıq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail