Bruno Bertuççi Böyükağa Hacıyevə qarşı çıxdı - MÜSAHİBƏ

25.09.2012 | 6941 dəfə oxunub

"Neftçi"nin müdafiəçisi Bruno Bertuççinin "Stadium.Az" saytına müsahibəsi: 

- Əvvəlcə "Neftçi"nin Belqradda "Partizan"la oyununu dəyərləndirsən yaxşı olar...

- Yaxşı oyun oldu. Avrokubokların qrup mərhələsində Azərbaycan futbol tarixi üçün birinci oyun idi. Nəzərə almaq lazımdır ki, həm də evdə oynamırdıq. Bu oyuna çox həvəsli idik.

- Baş məşqçi oyundan sonra bildirdi ki, bu görüşdə siz iki xal itirdiz, bəs sən necə düşünürsən?

- Mən belə düşünmürəm. Çünki Avroliqada - özü də birinci oyunda oynamaq çox çətindir. Düzdü, uda bilərdik və udmaq istəyirdik, amma bir xal da yaxşı nəticə sayılmalıdır. Mən sevinirəm ki, səfərdə bir xal qazana bildik.

- "Partizan"la oyunda hücuma daha az dəstək verdin, amma əvvəlki görüşlərdə tam əksi idi...

- Oyundan oyuna fərq var. Bu, oyundan aslıdır. Elə olur bunun üçün imkan yaranır, elə olur yaranmır.

- Oyundan qabaq "Partizan"ı analiz etmişdiz. Gözlədiyinizdən güclü çıxdılar, yoxsa zəif göründülər?

- Məncə rəqib biz düşündüyümüzdən daha güclü idi. Çox surətli oynayırlar, əvvəldən axıra kimi təzyiq göstərdilər. Qısaca onu deyə bilərəm ki, çox ağır oyun oldu.

- Qrupdan çıxmaq şansınızı necə dəyərləndirirsən?

- Yalnız onu deyə bilərəm ki, qrupdan çıxmaq şansımız var. İkinci oyunumuz "İnter"ə qarşı olacaq. Rəqib çox güclü və böyük komandadır. Bu oyundada hər şey ola bilər. "İnter"i Bakıda uda bilsək, bəlkə də qrupdan çıxarıq.

- "İnter" daha əvvəlki "İnter" deyil. Bu məqam sizə üstünlük verir ki, rəqibi məğlub edəsiz?

- Düzdü, Mourinyonun gedişindən sonra komandada düşüş var, amma bu komanda həmişə güclüdür və Avropanın ən güclü klublarından biridir. Buna baxmayaraq, biz məsuliyyət daşıyırıq, rəqibin adından çəkinməyərək qələbə qazanmaq üçün oynayacağıq.

- Sizin üçün daha çətin rəqib "İnter"dir, yoxsa "Rubin"?

- Bilmirəm.

- Amma "İnter" öz yerində "Rubin"i uda bilmədi...

- Sadəcə onu deyə bilərəm ki, "Rubin" də çox güclü komandadır.

- "Neftçi"yə gələndə Avroliqaya düşəcəyinizi düşünmüşdün heç?

- Bu, mənim üçün bir məqsəd idi. Bura gələndə də bunu düşünürdüm. Buna da nail olduq və daha artığını düşünməliyik.

- Klubla 3 illik müqavilən var. Bu müddəti "Neftçi"də başa vuracaqsan, yoxsa daha yaxşı təklif olsa düşünəcəksən?

- Futbolda hər şey ola bilər.

- Çempionatdakı durumunuz isə heç də yaxşı deyil...

- Məncə hələ heç nə itirilməyib, çempionat yeni başlayıb. Sadəcə Avroliqadan sonra yerli oyunları oynamaq, motivasiya olmaq həmişə bir qədər çətinlik yaradır.

- "Neftçi"nin "Qarabağ"a uduzmasından sonra Ağdam klubunun AZAL-a 6:2 hesabıyla məğlubiyyətini necə qarşıladın?

- Biz o qədər də güclü olmayan "Hapoel"ə 4:0 uduzmuşduq, futbolda belə olur. Daha məğlubiyyətləri düşünmək lazım deyil, ancaq qələbəyə köklənməliyik!

Vüsal BƏBİRLİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail