Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Berti Foqts Ramiz Məmmədovu nədə aldadıb? MÜSAHİBƏ
"O futbolçunun komandamda olmasına sevinərəm, amma maliyyə cəhətdən bizə uyğun gəlmir"
18.11.2012 | 5493 dəfə oxunub
"Qəbələ"nin baş məşqçisi Ramiz Məmmədovun müsahibəsi:
- Ramiz müəllim, komandadakı vəziyyət nə yerdədir?
- Şükür Allaha, hər şey öz qaydasındadır, hələlik heç bir problemimiz yoxdur. İşlərimiz normal gedir və çox həvəslə çalışmalarımızı davam etdiririk.
- Məlum məsələdir ki, bu heyəti siz qurmamısız. Belə olan halda hazırkı komanda sizi qane edir?
- Düzdü, bu komandanı məm yığmamışam, amma bu o demək deyil ki, nədəsə yaxamı kənara çəkməliyəm. Sizin qəzet vasitəsiylə də uşaqlara minnətdarlığımı bildirirəm ki, səylə çalışırlar. İnşallah, əvvəlcə "altılığ"a düşək, ondan sonra da Avrokuboklara mübarizə üçün oynayacağıq. Allah bizi zədələrdən uzağ eləsin. Birdə kimsə nizam-intizamı pozarsa, onlar haqda ciddi tədbirlər görülə bilər, yəni qışda həmin adamın getməsi barədə düşünə bilərəm. Hələlik isə komandada olan bütün futbolçular məni qane edir.
- Belə başa düşdüm ki, hansısa futbolçunun göndərilməsi barədə düşünməmisiz?
- Yox, hələlik belə bir planım yoxdur.
- Bəs ölkə daxilində və ya xaricində göz qoyduğunuz futbolçular var?
- Hazırkı duruma görə bizə futbolçu lazım deyil, ehtiyac yoxdur. Əgər ehtiyac yoxdursa, onda kimi gözaltı etməliyəmki? (gülür). Lazım gələrsə, buna hələ vaxtımız var. Lüzum duyularsa oyunçu tapmaq problem deyil. Əsas odur ki, burda olan futbolçuları öz sistemimizə, taktikamıza uyğunlaşdıraq. Bu gün də yaranan boş vaxtdan bunun üçün maksimum yararlanırıq.
- Siz komandaya gələndən sonra qeydə alınan 3 bəbabərliyin ardından son iki oyunda komanda əla futbol sərgiləyərək inamlı qələbələr qazandı. Düşünmürsüz ki, yaranan fasilə yüksəlişdə olan komandanızın enişinə səbəb ola bilər?
- Fasilə tək bizim üçün deyil, hamı üçün fasilədir. Yox, əksinə, düşünürəm ki, bu fasilə bizim işimizə yarayacaq. Ən əsası isə bunu bundan sonrakı oyunlarımız göstərəcək. Toplanış keçmədiyimiz üçün, boşluqlarımız vardı, bunları bu zaman ərzində doldurmağa çalışırıq. Uşaqlarda əsas problem odur ki, bir balaca xətlər arasında əlaqəni istənilən səviyyədə yarada bilmirlər. Əvvəlcə bu bizi qane etmirdi, artıq bu problemləri, mərkəz və cinahların oyun zamanı bir-birlərinə bağlanmasını da həll etmək üzrəyik. Hazırda oyunun müdafiədən orta xəttə, ordan hücuma keçirmək üzərində işləyirik. İnşallah qarşıdakı oyuna qədər bunları tamamlayacağıq.
- Fasilədə bəzi komandalar yoxlama oyunları keçirsələr də, sizin komanda bunu etmədi. Rəqib tapmadız, yoxsa özünüz istəmədiz?
- Biz əvəzedici heyətlə oynadıq, çox layiqli rəqibdirlər. Onlarla da oynadıq, sadəcə açıqlamağa ehtiyac yoxdur. Planlarımızı bilirik, əsas odur ki, bunları həyata keçirək.
- Ölkəmizdə olan azsaylı bacarıqlı məşqçilərdən biri olaraq millimizin son oyunu barədə nələr deyə bilərsiz?
- Səfərdə heç-heçə oynadılar, təbrik edirəm. Mən oyundan əvvəl də demişdim ki, səfərdən uğurlu nəticəylə dönmək olar. Yağmurlu hava vardı, bu da texnikalı futbolçularımızın öz oyunlarını oynamasına uyğun gəlməyən hava şəraiti idi. Təkcə bir şeyə təəssüflənirəm ki, son dəqiqədə qol buraxdılar. Bu da gənc futbolçuların təcrübəsizliyindən irəli gəldi. Düzdür, məzmunlu oynamadıq, uşaqlar əzmkarlıq göstərdilər, mübarizə apardılar... Udsaydılar, lap yaxşı olardı.
- Siz "Qəbələ"yə gələndən sonra qapını Anar Nəzirova həvalə etdiz ki, bu da hamı tərəfindən müsbət qarşılandı. Siz bunu həm də milli xatirinə etdiz, ancaq son oyunda Foqts Anarı meydana buraxmadı. Əvəzində meydana Premyer Liqada seçilməyən qapıçı olan Səlahət Ağayev çıxmışdı, bunu necə qarşıladız?
- Buna mən də təəccüblü qaldım. Berti Foqts bizə müraciət etmişdi ki, Anar Nəzirova şans versək yaxşı olar. Mən də buna görə 5 oyunda Anara şans verdim. Həm Azərbaycan millisi naminə, həm də Anarın özünə görə. Nəzirov çox çalışqan və tərbiyəli futbolçudur. Düzdür, Səlahət Ağayev də gəncdir, debüt oyunu idi, amma mənim fikrimcə o, özünü göstərə bilmədi. Anar isə daha təcrübəlidir, qapıda o dayansa yaxşı olardı. Sadəcə Foqtsu başa düşə bilmirəm, çünki bizə deyir Anarı şans verək, amma özü bunu etmir. Səlahətə də bundan sonrakı oyunlarında uğurlar arzulayıram. Səlahət haqda pis nəsə demək istəmirəm, çalışdı ki, yaxşı dayansın, ancaq təcrübəsizlik öz sözünü deyirdi. Xırda səhvlər etdi, amma cavandı, bağışlamaq olar.
- Bəs necə düşünürsüz, buraxılan qolda Səlahətin səhvi vardı?
- Əlbəttə ki!
- Bundan sonra da qapıda Anara şans verəcəksiz?
- Təbbi ki, Anar bizim ayrılmaz bir hissəmizdir. Komandanın aparıcı futbolçusudur, artıq millinin üzvüdür. Mən ona inanıram, ümidlərimizi də doğruldur. Nəzirva şans verməkdə davam edəcəm.
- Əfran İsmayılov "Qarabağdan ayrılandan sonra adı bir neçə klubla hallanır ki, bu komandalar arasında "Qəbələ" də var. Düzdümü ki, İsmayılovla maraqlanırsız?
- Əfran kimi futbolçunu hansı komanda istəməz? Birbaşa mənim özümün onunla söhbətim olmayıb. Ancaq mətbuatdan xəbər tuturuq ki, İsmayılov "Bakı" və "Neftçi" ilə danışıqlar aparır. Mən də onu komandamda görmək istəyirəm, amma o, başqa klublarla danışıq aparır. Əgər onlar arasında anlaşma baş tutmazsa və yeri gələrsə, biz də Əfranla danışıqlar apara bilərik. Belə bir oyunçunun komandamda olmasına sevinərəm, amma maliyyə cəhətdən Əfran bizim kluba uyğun gəlmir.
Söhbətləşdi: ELNUR ("HET TRİK news" qəzeti)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |