Kanadada azərbaycanlı futbolçular - MÜSAHİBƏ

15.05.2011 | 4675 dəfə oxunub

Azərbaycanı hüdudlarından kənarda bayrağımızı ucaldan futbolçular rnbarmaqla sayılacaq qədər azdı. Ölkə hüdudlarından kənarda yaşayan rnsoydaşlarımızın övladlarının bu sahə ilə maraqlanması və yaşadıqları rnölkələrin aşağı yaş qruplarında futbolun sirlərinə yiyələnmələri rnürəkaçandı.
Müsahibim Kanadanın Toronto şəhərində yaşayan Rəfiyevlər rnailəsidi. Seyran bəylə tanışlığım "Facebook" sosial şəbəkəsində "Xəzər rnLənkəran" azarkeşlərinin fəal iştirak etdiyi səhifədə (http://www.facebook.com/Khazar.Lankaran.FC) tanış olduq. Tanışlıq zamanı məlum oldu ki, Seyran bəyin futbola marağı övladlarında da var.
Seyran bəylə müsahibəni sizlərə təqdim edirik:rn

- İlk öncə özünüz haqda məlumat verərdiniz.
- rnƏslimiz Lerik Rayonu, Çayrud kəndindəndi. Bakıda böyuyub başa çatmışıq. rnBakıda həkim ailəsində anadan olmuşam. 2 oğlum var: Kənan və Rəvan. rnKənan 1998-ci il, Rəvan isə 1999-cu ildə anadan olublar. 2003-cü ildən rnKanadanın Toronto şəhərində yaşayırıq. Burada bizneslə məşğulam. Mən rnözüm futbolun fanatıyam və həmişə arzum olub ki, uşaqlarım futbolla rnməşğul olsun. Şükürlər olsun arzumuz reallaşmaq üzrədi. Uşaqlarımda rnfutbola olan həvəsi görüb adlarını aşağı yaş qruplarına yazdım. Kənan vərn Rəvan 5 yaşından burada futbolun sirrlərinə yiyələnirlər.

rn

- Uşaqlarınızın ilk klubu hansı olub və hal-hazırda harada çıxış edirlər?
-rn Kənan və Rəvanın ilk klubu Torontonun "Spartacus" komandası olub. İndi rn"West Rouge Storm" klubunun üzvləridi. Hər ikisi eyni komandada rnoynayırlar. Kənan 2010-cu ildə vurduğu qolların sayına görə Ontario rnprovinsiyasinda ilin ən yaxşı oyunçusu adını alıb. Onlar hər ikisi rngündəlik 4-5 saat məşq edirlər. Bildiyiniz kimi Kanada futbol ölkəsi rndeyil. Burada futbola lazımi səviyyədə qayğı göstərilmir. Xokkey burada rn1-ci yerdədi. Kənanın çox güclü Braziliyadan olan Elvis adlı məşqçisi rnvar. O mənə uşaqları hər hansı bir Avropa ölkəsinə aparmağımı istəyir. rnDeyir ki, sənin uşaqlarının Allahdan ele bil ki, vergisi var. Burada rnonlarin istedadı itib batacaq. Amma mənim ən böyük arzum Kənanı və rnRəvanı Azərbaycanın futbolunda görməkdi.

rn

- Çempionat oyunlarında uşaqların göstəriciləri nə durumdadı?
-rn Bu mövsüm çempionat oyunları may ayının 28-də başlayacaq. Bildiyiniz rnkimi burada qış cox uzun çəkir. Buna baxmayaraq qışda üstü örtülü rnzallarda turnir keçirilir. Bu turnirdə Kənan 28 qol, Rəvan isə 14 qol rnrəqib qapılarından keçirib.

rn

- Hansı mövqedə və hansı nömrə ilə çıxış edirlər?
-rn Kənan sol cinah hucumçusudu. Rəvan isə yarımmüdafiəçi, bəzi vaxtlarda rnsağ cinah hücumçusu kimi çıxış edir. Kənan 18 və Ravan isə 5 nömrə ilə rnmeydana çıxır.

rn

- Azərbaycanda və Avropada hansı kluba pərəstiş edirlər?
-rn Azərbaycanda mən və uşaqlar qəlbimiz "Xəzər Lənkəran"ladı. Avropada rnsevdikləri komanda "Mançester Yunayted"di. Ən böyük arzuları "Xəzər rnLənkəran"da çıxış etməkdi.

rn

- "Xəzər Lənkəran"ın oyunlarını izləyirsinizmi?
- Bəli. Son "Bakı" ilə oyunuda izlədik. Bir-birindən gözəl iki qol izlədik. Həmişə olduğu kimi, azarkeş dəstəyi də gözəl idi.

rn

- AFFA-dan sizinlə əlaqə saxlayan varmı?
- Xeyr, rnheç kəs maraqlanmayıb. Əgər Azərbaycandan uşaqlara dəvət olsa, rnməmnuniyyətlə qəbul edərəm. Ən böyük azrularıdı Azərbaycanın bütün rnyığmalarında çıxış etmək.


Mənbə: fırtına.az



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail