Mahir Şükürov: "Toni Adamsı aldatmaq mümkün deyil"-MÜSAHİBƏ

09.06.2011 | 4966 dəfə oxunub

"Qəbələ"nin yeni transferi olan Mahir Şükürovun müsahibəsi
 
- Niyə məhz “Qəbələ”ni seçdiniz?
- Çünki ilk gündən klubda gördüklərim, sözün həqiqi mənasında, məni valeh etdi. Hər bir futbolçunun arzusunda olduğu şəraiti məhz “Qəbələ”də gördüm. Bir tərəfdən də Toni Adams amili bu komandanı seçməyimdə həlledici oldu. Dünya futbolunun ən yaxşı müdafiəçilərindən biri olan İngiltərə milli yığma komandasının keçmiş üzvü səni öz komandasına dəvət edirsə, bunu qəbul etməmək, ən azından, yanlışlıq olardı. Onunla yeni komandada çalışmaq nəyə desən dəyər. Müdafiəyə meyilli futbolçu kimi ondan çox şey öyrənə bilərəm.
 
- Milli komandanın, mütəmadi olaraq, klubunu dəyişən futbolçularındansız.  “Qəbələ”də  nə  qədər qalmağı planlaşdırırsız?
- Mənim müqaviləm iki il müddətinə nəzərdə tutulub. Səhv etmirəmsə, komandanın baş məşqçisi də həmin müddətdə “Qəbələ”də işləyəcək. Əl-ələ verib, komandanın uğurları üçün çalışacağıq. Yeni mövsümdə mənə həm də kapitanlıq sarğısı həvalə olunacaq. Klub iki ildən sonra  müqavilənin uzadılmasında maraqlı olacaqsa, buna yenə də razılıq verəcəm.
 
- Deməli, gələn mövsümdə “Qəbələ”nin yeni kapitanı olacaqsınız?
- Kapitanlığı Toni Adams özü mənə təklif etdi. Dedi ki, səni komandanın kapitanı görmək istəyirəm. Mən də təbii ki, can-başla bu məsuliyyəti öz üzərimə götürdüm.
 
- Adams demişdi ki, sizi daha çox müdafiədə oynadacaq. Amma yığmada daha çox yarımmüdafiəçi kimi çıxış edirsiz. Bu sizi narahat etmir ki?
- Mənim üçün bunun elə də böyük əhəmiyyəti yoxdu. Məşqçi hara təyin etsə, orda da oynaya bilərəm. Amma bəzən oyunun gedişində elə məqamlar  yaranır ki, daha çox orta xətdə mübarizə aparmağa məcbur oluram.
 
- Artıq komandanın məşqlərində iştirak etmisiniz. İlk təəssüratınız necədi?
- Çox gözəl. Bir həftə komanda ilə birgə oldum. Məni çox gözəl qəbul etdilər. Komandada özümə qarşı doğmalıq hiss etdim. Hətta mənə elə gəldi ki, mövsümün əvvəlindən “Qəbələ”dəyəm. Burda əməlli-başlı ingilissayağı məşqlər keçirilir. Mənim gəlişimə qədər komanda süni meydançada məşq edirdi. İndi komanda yeni istifadəyə verilmiş təbii ot örtüklü meydançada məşq keçir. Ayağım düşərli oldu (gülür).
 
- Deməli, komandada səni yaxşı qəbul etdilər?
- Başqa cür ola da bilməzdi. Futbolçulardan bəzilərini çoxdan tanıyırdım. “Qəbələ”də çox mehriban kollektiv var. Yeni futbolçu hamı ilə tez dil tapır, kollektivə uyğunlaşır.
 
- İndiyə qədər çox məşqçilərlə çalışmısınız. Toni Adams sizə necə təsir bağışladı?
- Onu aldatmaq mümkün deyil. Bu yolları o artıq bir neçə dəfə keçib. Çox səmimi insandı. Belə insanlarla işləmək rahat və xoşdur. Bu, məni çox sevindirir.
 
- Yeni qurulan infrastruktur ürəyinizcədi?
- Elə birinci gündən mənə hər yeri göstərdilər. Doğrudur, “Xəzər Lənkəran” və “Bakı” klublarının gözəl şəraiti var, amma Qəbələdə gördüyüm tamamilə başqa şeydir. Məşq üçün beş meydança var. Burada hətta qışda da məşq etmək üçün üstüörtülü meydança istifadəyə verilib.
 
- “Qəbələ”də gördüklərinizi oynadığınız sonuncu klub olan “Anji”nin (Rusiya) şəraiti ilə müqayisə edə bilərsiniz?
- “Anji”də belə şərait, belə təlim-məşq bazası yoxdur. Ümumiyyətlə, qurulmaqda olan yeni bazamız Avropada əksər klubların həsəd apara biləcəyi səviyyədə olacaq.
 
- Yeni mövsümün hazırlığına qədər bir aydan çox dincəlməyə vaxt tapacaqsınız. Bu müddətdə nə işlə məşğul olmağı planlaşdırırsınız?
- Antalya və Dubaya getməyi nəzərdə tutmuşam. Yaxşı oynamaq üçün yaxşı dincəlmək də lazımdı. Məşqçi korpusu mənim üçün xüsusi proqram tərtib edib. Formada qalmaq üçün harada olmağımdan asılı olmayaraq, hər gün 40 dəqiqə məşq etməliyəm.
 
- Yığma komandaya nə vaxt qayıtmağı düşünürsünüz?
- Hazır olandan sonra. Həm də gərək, məşqçilər buna qərar versin.
 
Mənbə: Qəbələ FK



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail