"Mən və həmkarlarım yaxınlarda Azərbaycana gəlməyi planlaşdırırıq"

21.11.2013 | 4001 dəfə oxunub

Xəbər verdiyimiz kimi “Bakı” futbol klubunun U-15 komandası Fransanın Lans şəhərində təlim-məşq toplantısı keçir. Stadium.az xəbər verir ki, bu prosesdə “Lans” klubunun məşqçi heyəti də yaxından iştirak edir. Komandaya təhkim olunmuş təcrübəli məşqçi Arsen Herve (Arsene Herve) “Bakı” futbol klubunun rəsmi saytına müsahibə verib.

- Komandamızın hazırlıq prosesi barədə nə deyə bilərsiniz?

Təlim-məşq toplantısı plana uyğun şəkildə davam edir. Əminəm ki, Lansda keçirilən 2 həftə faydalı olacaq. Bu uşaqlara təcrübə lazımdır. Onlar Azərbaycana döndükdən sonra qazandıqları təcrübə və biliklər sayəsində daha da güclü olacaqlar.

- Yoxlama oyunlarını necə dəyərləndirirsiniz?

- Bu oyunlar, qeyd etdiyim kimi, təcrübə baxımından önəmlidir. 3 yoxlama oyununda meydana çıxan uşaqlar məğlub oldular, ancaq bu qarşılaşmaların idman nəticəsi baxımından əhəmiyyət kəsb etmədiyini vurğulamaq istəyirəm.

- Perspektivi necə görürsünüz?

- Əsas məsələ fərqli məktəbin komandası ilə oynamaq və çatışmayan cəhətləri müəyyən etməkdir. Bu işlər gələcəyə hesablanıb. Gələcək uğurların təməlini qoyuruq. Bu uşaqlar Lansa öyrənməyə gəliblər. İndi onlar öz üzərlərində daha çox və əzmlə çalışmalıdır ki, bir üst səviyyəyə yüksələ bilsinlər. Təbii ki, mən də öz tövsiyyələrimi bildirirəm.

- “Lans”la ”Bakı”nın əməkdaşlığını necə qiymətləndirirsiniz?

- İki klub arasında yaranan əməkdaşlıqdan qürur duyuruq. Biz qarşılıqlı faydalı əməkdaşlıq sayəsində daha da irəli gedəcəyik. Bir-birimizdən öyrənilməsi vacib olan çox məqamlar var. Eyni zamanda iki klubun dostluğu ölkələrimiz arasında münasibətlərin inkişafında da öz rolunu oynayacaq. Fransa və Azərbaycan dost ölkələrdir. İndi bizim üçün bu əlaqələrin önəmi daha da artmış olur. Bu baxımdan cənab Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm.

- Sizi Bakıda nə vaxt görəcəyik?

- Mən və həmkarlarım yaxınlarda Azərbaycana gəlməyi planlaşdırırıq. Biz Azərbaycan futbolunun inkişafı üçün əlimizdən gələni etməyə hazırıq. Futbol biliklərimiz və təcrübəmizə arxalanaraq, onu deyə bilərəm ki, bunun nəticəsini gözləmək üçün o qədər də uzun zaman tələb olunmayacaq. Ölkəniz istedadlı insanların vətənidir, sadəcə onları düzgün istiqamətə yönəltmək lazımdır. İnanıram ki, tezliklə Bakıda görüşəcəyik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail