Böyükağa Hacıyev "Neftçi"nin uğursuz çıxışını özüylə əlaqələndirdi - MÜSAHİBƏ

14.12.2013 | 8890 dəfə oxunub

"Neftçi"nin keçmiş baş məşqçisi Böyükağa Hacıyevin "sportarena.az" saytına müsahibəsi:

Keçmiş baş məşqçi kimi "Neftçi"nin çıxışını necə qiymətləndirirsiniz?

-“Neftçi”ni yeni baş məşqçi çalışdırır, ona görə indidən qiymət vermək biraz tez olardı. Məncə, biraz zaman keçəndən sonra, qiymətləndirmək olar.

Sizin vaxtınızdakı “Neftçi” ilə indiki “Neftçi” arasında çox fərq var. Əvvəlki komanda daha çox hücum edir və açıq oynayırdı, indi bir qədər müdafiə futbolu nümaiş etdirir.

-Hər bir məşqçinin öz futbol fəlsəfəsi var. Bu gün “Neftçi” belə oyun göstərirsə, demək baş məşqçinin tapşırığıdır. Məşqçinin işinə də sonda qiymət verilir. İndi nəyin düz, nəyin səhv olmağını söyləməl olmaz.

Sizcə, komanda  bu oyunla  yenidən çempionluq sevincini yaşayacaq?

Bir məsəl var, “lalın dilini anası bilər”. Mən ordakı futbolçulara bələdəm və bilirəm ki, “Neftçi” yenidən çempiom olmağa qadir komandadır. May ayında özünüz hər şeyi görəcəksiniz.

“Neftçi”nin bir çox oyunçula sizin vaxtınızda daha güclü oyun nümaiş edirdilər, həmin futbolçular  indi bir qədər zəif çıxış edirlər. Sizcə, səbəb nədir?

Yəqin hamınız gördünüz ki, mən komandaya nə qədər titul qazandırdım. Sadəcə, komandanın baş məşqçisi dəyişiləndə, komandanın oyununa da təsirsiz ötüşmür.  Səbəb baş məşqçi dəyişikliyidir.

Nazim Süleymanov komandadan ayrılsa, yenidən bu posta qayıda bilərsinizmi?

Mənim Nazim Süleymanovun vəzifəsində gözüm yoxdur. Nazim bacarıqlı məşqçilərimizdəndir, inanıram komanda onun rəhbərliyi altında uğur qazanacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail