"Bolton"un futbolçusu: "1.5 milyon versələr, "Xəzər Lənkəran"a gələrəm" EKSKLUZIV

08.01.2014 | 9361 dəfə oxunub

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizlinin “Bolton”da çıxış edən Andre Mortizlə maraqlandığını xəbər vermişdik. Stadium.az Mortizi taparaq bununla bağlı ondan müsahibə aldı.

- Salam. Andre, necəsən?   

- Salam.

- Səni Azərbaycandan narahat edirik. Bir neçə sualımız olacaq, danışa bilərik?

- Çox yaxşı, olar. Buyurun.

- Hazırda “Bolton”un futbolçususan, elədir?

- Bəli indi “Bolton”dayam (türk dilində danışır). İşlərim burada qaydasındadı.

- Azərbaycandan təklif olsa gələrsən?

-  Azərbaycana gəlmək? Mənə bu yaxınlarda belə bir təklif edildi.

- Hansı klub idi, deyə bilərsən?

- Puluna baxır da. Yaxşı təklif olsa, niyə gəlməyim ki? Özü də, sizdə Mustafa Dənizli kimi hoca çalışır. Onu yaxşı tnaıyıram. Mənə elə onun komandasında oynamağı təklif etdilər. Mən Türkiyəyə bağlı biriyəm və özümü türklərin arasında xoşbəxt hiss edirəm.

- Yəqin Azərbaycanla Türkiyənin yaxın olduğunu da bilirsən. Demək olar ki, eyni dildə danışırıq…

- Azərbaycanla Türkiyənin yaxın olduğunu da bilirəm. Deyəsən, Mustafa hocaya mən haqda deyiblər. Hələ mən “Kasımpaşa”da oynayanda o, məni öz komandasında görmək istəyirdi. 2009/2010 mövsümündə “Kasımpaşa” forması ilə “Beşiktaş”a qol vurdum və Mustafa Hoca həmin vaxtı məni gördü. Onların baş məqşçisi idi. Bir neçə dəfə danışıq oldu, ancaq “Kasımpaşa” çox pul istədi, keçid alınmadı.

- Bayaq dedin ki, yaxşı pul versələr gələrsən. Məsələn nə qədər?

- Azərbaycana ən azı 1,5 milyon dollara gələrəm. Təbii ki, şərtlərim də olacaq. Əgər alınsa, istəsələr gələrəm.

- Bəs hazırda “Bolton”da nə qədər qazanırsan?

- Burda müqaviləylə 750 min avro.

- Bəz Azərbaycana niyə belə baha gəlirsən?

- Çünki bura İngiltərədir. Səbə məncə çox sadədir. Hətta öyrənmişəm ki, Mustafa Dənizlinin komandası paytaxtdan çox uzaqdadır.

- Elə də çox uzaq deyil…

- Amma paytaxtınız qədər qabağa getməyib. Mənə belə dedilər.

- Bu məlumatı hardan öyrənmisən?

- Mnecerimdən və Türkiyədə olan dostlarımdan.

- Son qərarın necə olacaq?

- Mənə bu barədə konkret təklif olmayıb. Sadəcə fikrimi soruşublar, sözümü demişəm. İstədiyim məbləği versələr, niyə də gəlməyim. Bu həm də, karyeramda yeni macəra olar. İndi son sözü Mustafa hoca deməlidir.

Söhbət etdi: Mirbağır CƏFƏRİ



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail