Hacıyevdən Həsənova tülkü bənzətməsi - MÜSAHİBƏ

17.02.2014 | 6717 dəfə oxunub

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin Stadium.az saytına müsahibəsi:

- “Xəzər Lənkəran”la oyunda hesabda 2:0 öndə olsaz da, gözlənilmədən qələbəni əldən verdiz. Demək olar ki, məğlubiyyətə bərabər heç-heçə oldu...

- Əlbəttə, oyunda üstün tərəf biz idik. Son 15 dəqiqədə mən komandama nəzarəti itirdim. Çünki meydanı görmək mümkün deyildi. Birdə gördüm ki, Tərlan Quliyev qırmızı vərəqə alaraq meydanı tərk etdi. Ardınca baxdım ki, Karlos Kardoso, sonra da Bruno Bertucci gəlir. Dedim bunlar hara gəlir, “qırmızı” alıblar cavabın eşitdim. Məsəli Rəhim Həsənovdan uzaq, deyir, tülkü dumanlı gün axtarar. Yaz ha ki, məsəli Rəhim Həsənovdan uzaq, yoxsa məni də 20 oyunluq cəzalandırallar.

- Bəs “Bakı”ya məğlubiyyəti necə izah edirsiz? Axı bu dəfə nə duman vardı, nə Rəhim Həsənov, nə də qırmızı vərəqələr...

- Çünki artıq komandanı parçalamışdılar. Buna baxmayaraq, komanda yenə də qələbə ruhunda idi. İlk yarıda bir neçə qol vəziyyəti də yaratdıq. İkinci hissədə də həmşinin. Futbolda da aksiomadır da, vurmayana vurarlar. Platye qol imkanlarını sağa-sola xərcələyəndə köməkçim Bəxtiyar Musayevə dedim ki, “indi bizə bir durnoy qol vuracaqlar, məsələ də həll olacaq”. Belə də oldu.

- Sizcə “Neftçi”ni niyə sıxırlar? Bunun arxasında nə və ya kim dayanır?

- Baxıb gördülər ki, “Neftçi” əvvəlki komandadır, hələ ondan da yaxşı oynayır, başqa variantları qalmadı. Əl atdılar komandamı parçalamağa.

- Bəlkə komandanı elə hazırlayardız ki, futbolçularınız təxribata uymayaydı? Düşünmürsüz ki, burda sizin də səhviniz var?

- Mən komandamı çox yaxşı hazırlamışdım. Lənkəranda o qədər azarkeş önündə 2:0 hesabıyla önə keçməyimiz də bundan xəbər verir. Bəs təxribata necə uymasınlar ki, Kardosonun oğlu yaşda olan Ağabala Ramaznov ona ədəbsiz hərəkət – jest edir?! O da insandır da, əsəblərinin sərhəddi var. Hadisənin baş vermə səbəblərini araşdıranda hər şey ortaya çıxır. Axı hər insanın səbr kasası var.

- Necə düşünürsüz, “Neftçi”ni yenə sıxacaqlar?

- Bundan sonra problemimiz olmayacaq. Bu tur Erik Ramos sonra da Tərlan Quliyev heyətə dönəcək. İnanıram ki, biz əvvəlkindən də güclü oynayacağıq.  Əgər bir daha “Neftçi”ni parçalamağa cəhd etsələr bu o deməkdir ki, kimlərsə “Neftçi”nin ölməsinə fətva verib. Yəqin ki, bundan sonra bizə necə salam verəcəklərsə, biz də o cür əleykə salam verəcəyik.

- Bu tur sizi “İnter”lə çətin oyun gözləyir...


- Meydana ancaq qələbə qazanmaq üçün çıxacağıq. Hətta əvəzedici heyəti belə meydana buraxmalı olsaq, eyni hal olacaq. Oyun sistemi barədə bir şey deyə bilmətəm, bu sirdir. Amma qələbə qazanacağıq.

Ümid BABA



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail