Saşa Stamenkoviç: "İki il öncə həddi aşmışdıq" - MÜSAHİBƏ

11.08.2014 | 4522 dəfə oxunub

"Neftçi"nin serbiyalı qapıçısı Saşa Stamenkoviç ölkəsinin mətbuatına müsahibə verib. Stadium.az xəbər verir ki, Saşa klubu "Neftçi"nin öz ölkəsinin təmsilçisi "Partizan"la Avropa Liqasının "play-off" mərhələsində rəqib olmalarından danışıb: 

- "Partizan"la oyun haqda nə deyərdin?

- "Partizan"ın cütün favoriti olmasına şübhəm yoxdur. Ancaq bizim də mərhələ keçmək şansımız var. Yenidən qrup mərhələsində oynamaq istəyirik. Bu baxımdan bizi maraqlı oyunlar gözləyir. "Partizan"a daha çox qol vurmalıyıq.

- "Neftçi"ni iki il öncəki komanda ilə necə müqayisə edərdin?

- Bu il "Partizan"a nisbətən mövsümə bir qədər zəif başladıq. Rəqib Serbiyada titul qazanmaq istəyir. Ancaq bizim də hədəfimiz mövsümü titulla başa vurmaqdır. Yaxşı oynamaqla qələbələr qazanmaq istəyirik.

- İki il öncə "Partizan"la Serbiyadakı oyunda rəqib futbolçularla aranızda insident yaşanmışdı. Yenə sənə qarşı hansısa təxribatın olacağını gözləyirsən?

- İki il öncə həddi aşmışdıq və bu səbəbdən gərginlik yaşanmışdı. Həmin vaxt oyundan sonra ara daha da qızışdı və xoşagəlməz ifadələr səslənmişdi. Ancaq bu dəfə Serbiyada hansısa problemin olacağını gözləmirəm. Başını aşağı salıb futbolunu oynamalısan. Güclü tərəf də qalib gələcək.

- "Partizan"ın baş məşqçisi Marko Nikoliç açıqlamasında sənin öz işini görməli, futbolçularının da sənə qol vurmalı olduğunu bildirib. Sən necə düşünürsən?

- Nikoliçin fikirlərinə hörmətlə yanaşıram. Bilirəm ki, onun komandası mərhələ keçmək üçün əlindən gələni edəcək. Mən də Belqrada getməyi və orada meydana çıxmağı səbirsizliklə gözləyirəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail