Tuyqun Nadirov: "Üzərimə böyük məsuliyyət qoydular" - MÜSAHİBƏ

11.12.2014 | 3128 dəfə oxunub

Klublar Komitəsinin sədri seçilən “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov iclas başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb:

 - İclasla bağlı açıqlama verərdiniz...

- Klub rəsmiləri sədr vəzifəsini mənə həvalə etdilər. Görünür, bu, uzun müddət klubda çalışmağımdan, onlara olan münasibətimizdən irəli gəlir. “Xəzər Lənkəran” olaraq bir neçə təklifim oldu ki, həmin təkliflər də klubların maraqlarını müdafiə edirdi. Bu amilin də seçimdə rol oynadığını düşünürəm. Səsvermənin nəticəsinə əsasən, sədr seçildim. Bununla, həm də üzərimə böyük məsuliyyət qoydular. Müəyyən müzakirələr aparıldı. İlk növbədə qurumun Əsasnaməsi mükəmməl şəkildə olmalıdı. Düzdü, artıq İcraiyyə Komitəsi tərəfindən qəbul edilmiş Əsasnamə var, amma müəyyən dəyişiklərin olacağı qaçılmazıdı. Bu da öz növbəsində Klublar Komitəsinin (KK) sözünün keçərli olmasına xidmət edəcək.

 Digər məsələ komitə ilə Peşəkar Futbol Liqasının münasibətlərinə aydınlıq gətirilməsidi. KK AFFA-nın bir komitəsi kimi fəaliyyət göstərir. Buna görə də fəaliyyətimiz həm AFFA-nın, həm də digər beynəlxalq ali futbol qurumlarının Əsasnamələri ilə ziddiyyət yaratmamalıdı. Artıq Azərbaycan klublarının maraqlarını əks etdirən bir komitəyik.

İclasda səsləndirilən məsələlərdən biri oyunların yayımı ilə bağlıydı. Yayım məsələsi peşəkar səviyyədə həyata keçirilməlidi ki, nə azarkeşlər, nə də klublar əziyyət çəksinlər. Bunun konkret mexanizmi olmalıdı. Eyni zamanda, klub da bundan gəlir əldə etməlidi. Məsələn, Premyer Liqa klubları ilə Topaz arasındakı münasibətlər bura daxildi. Söhbət çempionatın adından yox, Topaz-ın mərc oyunları zamanı klubların adlarından istifadə etməsindən gedir. Buna görə də klublara ödəniş edilməlidi. Digər diqqətçəkən sahə uşaq futbolu ilə bağlıdı. Klublar küllü miqdarda pul xərcləyib, futbolçu yetişdirirlər, amma oyunçu 17-18 yaşında çox asan şəkildə başqa kluba keçir. Bu da klublarda futbolçu yetişdirməyə marağı azaldır. Bu sahədə də vahid mexanizm hazırlanmalıdır. Klublarda bir neçə - peşəkar, həvəskar müqavilələr olur. Nəticədə klub futbolçunun tam mülkiyyət sahibi ola bilmir. Nəticədə futbolçu çətinlik çəkmədən klubunu dəyişə bilir. Əlbəttə, bu məsələ uşaq futbolunun inkişafına mənfi təsir göstərir. Bu hadisə bütün klublarımızın başına gəlib. Hakimlərin oyunları idarə etməsi ilə bağlı da fikirlər səsləndirildi.

 - Növbəti iclasın nə vaxt keçiriləcəyi bilinirmi?

- Dekabrın sonuna qədər növbəti iclasımız keçiriləcək. “Transfer pəncərəsi” açılana qədər həmin məsələlər həllini tapmalıdı. Amma ayda bir dəfə iclasımızın keçiriləcəyi dəqiqdi.

 - Bu görüşü AFFA təşkil etmişdi. Bəs növbəti görüşü hansısa klub, yoxsa yenə assosiasiya təşkil edəcək?

- KK İcraiyyə Komitəsinin qərarı əsasında yaradılıb və  AFFA-nın bir qurumudu. Klubların maraqlarına xidmət edirik. Ayın sonuna qədər baş tutacaq növbəti iclas da AFFA-da deyil, otellərdən birində keçiriləcək. Təşkilati xərcləri də assosiasiya çəkəcək. Fikir verdinizsə, komitədə klubların icraçı nümayəndələri təmsil olunub. Komitənin qəbul edəcəyi qərar üzvlərdən birinin iştirakı ilə İcraiyyə Komitəsinin iclasına çıxarılacaq və çalışılacaq ki, qəbul edilsin, hüquqi status alsın. 

 - Amma komitənin qərarı tövsiyə xarakterlidi. İcraiyyə Komitəsinin iclasında qəbul edilməyə də bilər...

- Müzakirəyə çıxarılacaq. Orada yer alan insanlar futbolumuzun inkişafına məsuliyyət daşıyan insanlardı. Əgər təklif olsa ki, bu işi görməklə gəlir əldə edəcəyik, sözsüz onlar buna narazılıq etməyəcəklər. Klublar hakimlərin idarəçiliyindən ciddi şəkildə narazılıq etsələr, KK-nın həmin komitənin sədrini iclasına dəvət edib, hesabat tələb edəcək. KK-nın belə hüququ da var. Bir məsələni də qeyd edim ki, burda söhbət bir klubun haqqının tapdalanmasından yox, kütləvilikdən gedir.

 - Elxan Məmmədov da müsahibəsində “Xəzər Lənkəran” – “Neftçi” oyununun yayımlanmamasından narazılığını dilə gətirdi. Komitə gələcəkdə bu cür oyunlarda rəqib azarkeşin iştirak etməməsi ilə bağlı İntizam Komitəsinin qərarının aradan qaldırılması kimi məsələləri müvafiq qurumlar qarşısında qaldıra biləcəkmi?

- Söhbət tək “Xəzər Lənkəran”ın mənafeyindən getmir. Burada ümumi məsələlər var. Onlar həllini tapmalıdı. Təbii ki, qeyd etdiyiniz tipli məsələlər , eləcə də hakimliyin səviyyəsi, bilet satışı, oyunların keçirildiyi meydançaların vəziyyəti və s. müzakirə olunacaq. 

 - Namizədliyiniz yekdilliklə qəbul edildi?

- Yekdilliklə deyil, səs çoxluğu ilə seçildim. Səsvermə anonim keçirildi. Hər bir klub nümayəndəsi özündən başqa digər 8 namizədin adını yaza bilərdi.

 - KK-nın yaradılması ilə PFL-nin səlahiyyəti azalmır?

- PFL-in görməli olduğu konkret işlər var: yarışların təşkili, futbolçuların qeydiyyatı və s. KK isə İcraiyyə Komitəsinə hansısa bir məsələni təqdim etmək, eləcə də AFFA-nın hansısa komitəsinin işinə qiymətin verilməsi kimi vəzifələri var. Biz texniki məsələlərə baxmırıq. Hansısa hakimin oyuna təyin edilib-edilməməsinin KK-ya aidiyyatı yoxdu. Əlbəttə, sabah hansısa oyunun təşkilində problem yaranarsa komitənin hüququ çatır ki, PFL prezidentinə öz iradını və ya şikayətini bildirsin. Bu da futbolumuzun inkişafına xidmət edir. Biz PFL-in funksiyalarını azaltmır və ya əlindən almırıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail