"Neftçi"nin İspaniya millisində oynayan yeni üzvü: "Gənclər hər zaman təcrübə sarıdan əziyyət çəkir"

22.06.2015 | 3768 dəfə oxunub

"Neftçi"nin yeni transferi Xuan Alberto Melli klubun rəsmi saytına müsahibə verib. Stadium.az bu müsahibəni təqdim edir.

 
- Melli, "Neftçi"yə gəlməmişdən öncə hansı klublarda çıxış etmisən?

- Mən 2002-ci ildən başlayaraq 8 il İspaniyanın "Betis" klubunda çıxış etmişəm. Bu klubla Çempionlar Liqasında oynamışam. Daha sonra "Tenerife" klubuna keçdim. 2011-ci ildə Belçikanın "Gent" klubunun formasını geyindim. Bundan 2 il sonra Moldovaya yollandım və "Şerif"də oynadım. "Neftçi"yə gəlməmişdən öncə isə "Simurq" klubunun heyətində meydana çıxmışdım.

-Milli komanda karyeran barədə nə deyə bilərsən?

-16 yaşımdan başlayaraq 21 yaşına kimi İspaniyanın bütün yığma komandalarında oynamışam. Hazırda İspaniyanın məşhur futbolçularından olan Xavi, İnyesta, Xoakin və digərləri ilə bir komandada meydana çıxmışam. Xoakinlə "Betis"də də biryerdə oynamışam. Onların hər biri ilə dostluq münasibətlərim var. Mütəmadi olaraq onlarla əlaqə saxlayıram.

- "Neftçi"yə keçidinlə bağlı danışardın


-"Neftçi"dən mənə transfer təklifi gəldi. Qərar verdim ki, karyeramı burda davam etdirim. Burada əlimdən gələni edib, komandama faydalı olmaq istəyirəm. Burada yeniyəm. Yaxşı nəticələr qazanmaq üçün zamana ehtiyac var.

- "Neftçi"də çoxlu gənc futbolçular var. Sən isə daha təcrübəlisən. Bu iki cəhət bir-birini necə tamamlayacaq?

- Təbii ki, gənclər hər zaman təcrübə sarıdan əziyyət çəkir. Amma buradakı gənclərin hamısı istedadlı və bacarıqlı futbolçulardır. İnanıram ki, zamanla komanda halında yüksək nəticələr qazanacağıq.

- Qarşıdakı yoxlama oyunları və avrokubok matçları barədə nə deyə bilərsən?

- Çox az vaxtımız qalıb. Heyətdə yeniliklər var. Hər kəs çalışır ki, bacardığının ən yaxşısını etsin. Güclü oyun göstərmək üçün tam hazır olmalıyıq. Belə olan halda avrokuboklarda da müsbət nəticələr qazana  bilərik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail