Adil Şükürov: "Komandanı gücləndirməliyik" - MÜSAHİBƏ

13.07.2015 | 3227 dəfə oxunub

“Zirə” klubu ötən gün Bakıda U-19 milli komandamızla yoxlama oyunu keçirdi. Bakılılar millimizə 2 cavabsız qolla qalib gəldi. Oyundan sonra “Zirə”nin baş məşqçisi Adil Şükürov Stadium.az saytına müsahibə verib:

- Oyundan razı qaldızmı?

- Komanda təlim-məşq toplanışına yığılandan sonra birinci oyunumuz idi. 12 gün keçilən belə ağır məşqlərdən sonra həmişə ilk oyun çətin olur. Bunları nəzərə alsaq futbolçulardan razı qaldım.

- Məşqlərin bəhrəsi hiss olunurdu?

- Gənc komandadır. Məşqlərdə hələ ağır olaraq davam edir. Çünki bütün diqqətimiz indi fiziki hazırlığa yönəlib. Buna görə də, uşaqlarda yorğunçuluq, ayaqlarında ağırlıq vardı. Belə məşqlərdən sonra sonra bu qədər yorğunluğun fonunda oynadıqları oyundan razı qaldım.

- İlk hissədə meydanda əsasən təcrübəli futbolçular yer almışdı. Onlardan razı qaldızmı?

- Komandamız təzə yığılır. Onlar ilk oyundaca belə ötürmələrlə oynaya bilirsə, top saxlayırsa, mən razıyam. Biz çalışırıq ötürmələrlə oynayaq, topa daha çox nəzarət edək. Bunun özü bir inamdı. Çünki bu futbolçular indiyə kimi birinci dəfədir bir yerdə oynayırlar. Bir birlərini anlamaları da normaldır.

- İkinci hissədə isə meydana gənclər daxil oldu...

- Açığını deyim ki, gənclər mən gözləyəndən də yaxşı çıxış etdilər. Bu məşqlərin qarşılığında belə fəal oyun göstərəcəklərini gözləmirdim.

- Ümumi olaraq komandada yerli futbolçulardan razısızmı. Çünki indi düşərgədə cəmi iki legioner var...

- Bəli, hazırda düşərgədə iki legionerimiz var. Qalanları isə bizə Türkiyədə qoşulacaqlar. İndi ölkə futbolunun durumunu nəzərə alsaq, bizdə yaxşı yerli futbolçular var.

- Komandaya neçə legioner dəvət olunacaq?

- Komandanı gücləndirmək lazımdır. Bunun üçün isə ən azı 4-5 oyunçuya ehtiyacımız var.

- Onlar hansı mövqelərdə çıxış edəcəklər?

- Əsasən hücum xəttini düşünürük. Mütləq hücumçular transfer etməliyik. Bundan başqa sağ cinah müdafiəçisi axtarışındayıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail