Əmrah Çəlikəl: "Yenə ümidləri doğrultmağa çalışacağıq" - MÜSAHİBƏ

13.07.2015 | 4419 dəfə oxunub

“Qarabağ”ın icraçı-direktoru Əmrah Çəlikəlin müsahibəsini təqdim edirik:

- Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində “Rudar”la ilk görüşə cəmi 2 gün vaxt qalıb. Necə düşünürsüz, “Qarabağ” bu sınaqdan üzüağ çıxacaqmı?

- Həmişə olduğu kimi, yenə ümidləri doğrultmağa çalışacağıq. Bizim üçün önəmli matçdı. İnşallah, komandamız qələbə qazanıb, azarkeşləri sevindirər.

- Əksəriyyət “Qarabağ”ın “Rudar”ı bir ayaqla keçəcəyini düşünür...

- Komandamızın “Rudar”ı bir ayaqla keçəcəyini düşünmək doğru deyil. Bu, “Qarabağ”ın tərzinə də düz gəlmir. Biz heç vaxt rəqibə yuxarıdan aşağı baxmamışıq, baxmamalıyıq da. Əlbəttə ki, baş məşqçi Qurban Qurbanov köməkçiləri ilə birlikdə araşdırmalarını edib, rəqiblə bağlı təhlillərini aparıb, öz strategiyasını müəyyənləşdirib.

- Yay fasiləsində heyətdə çoxlu dəyişikliklər oldu. Sizcə, “Qarabağ”ın yeni transferləri komandadan ayrılan futbolçuların yoxluğunu unutduracaqmı?

- İnşallah, heç bir problemlə üzləşmərik. Düzdü, əsas heyətin bir neçə üzvü ilə yollar ayrıldı. Amma komandaya yeni gələnlər də oldu. Bəlkə də, yeni transferlərimiz və komandadan gedəcək futbolçular yenə olacaq. Bu barədə indidən nəsə deməyimiz düz olmaz. Məşqçilər korpusu bu dəyişiklikləri yaxşılığa doğru edir. Nəticəsini hamımız birlikdə görəcəyik. Mənə elə gəlir ki, yeni gələnlər gedənlərin yerini dolduracaq.

- “Qarabağ”ın hücumçu axtarışında olduğunu bilirik. Bu yöndə işlər nə yerdədi?

- Biz işimizi hərtərəfli davam etdiririk. Kənardan “Qarabağ”ın hücumçu probleminin olduğu görünə bilər. Amma bunu Qurban müəllim analiz edir. O daha yaxşı bilir ki, nə etmək və necə etmək lazımdı. Onun fikri bizim üçün əsasdı. Yəqin ki, özü nəsə fikirləşəcək.

- Hücumçu probleminin konkret hansı müddətə kimi həll olunması nəzərdə tutulub?

- İnşallah, ən tez zamanda bütün çatışmazlıqları aradan qaldıracağıq. İşlərimizi bu yöndə aparırıq.

- “Qarabağ” çoxdandı yüksək səviyyəli, nominal hücumçunun yoxluğundan əziyyət çəkir. Məhz bu səbəbdən əsl mövqeyi cinah yarımmüdafiəçisi olan Reynaldo tipik hücumçu mövqeyində çıxış edir. Olmazdımı ki, bu problem Avrokuboka kimi həll olunaydı?

- “Qarabağ”da hücumçu probleminin olması sizin fikrinizdi. Bəlkə biz komandada elə bir problemin olduğunu düşünmürük?

- Axı komandanın baş məşqçi Qurban Qurbanov da açıqlamalarında hücumçu axtarışında olduğunu dəfələrlə deyib....

- Əsas Qurban müəllimin nə deyəcəyidi. Sizin, bizim fikrimiz müxtəlif, dəyişikdi. Bunu da başa düşmək olar. Biz bütün fikirləri qəbul edirik. Ancaq çatışmazlıqlarla bağlı işlər Qurban müəllimin səlahiyyətindədi. O necə istəsə, elə də olacaq.

- Məgər Qurban Qurbanov klub rəhbərliyindən hücumçu alınmasını tələb etmir?

- Hücumçu alınmayıbsa, deməli, baş məşqçimiz o mövqeyə layiqli futbolçu görməyib, tapmayıb. Ya da bizə istəyimizə uyğun futbolçu təklif olunmayıb deyə, indiyə qədər hücumçu ala bilməmişik. Yoxsa bizim futbolçu gətirməklə bağlı problemimiz yoxdu.

- Bu mövsüm Avrokubokda “Qarabağ”ın qarşısında konkret hansı hədəf qoyulub: Çempionlar Liqasının qrup mərhələsinə düşmək, yoxsa Avropa Liqasının?

- İnşallah, qalxa biləcəyimiz ən yüksək səviyyəyə qalxacağıq. Həmişə olduğu kimi, bacardığımız qədər çox irəliləməyə çalışacağıq.

- Klubun bazasında vəziyyət nə yerdədi? İşlər tamamlanıbmı?

- İşlər yekunlaşmayan az hissə qalıb. Hazırda son işlər gedir, xırda detalların üzərində işlənilir.

- “Qarabağ” ölkə çempionatının yeni mövsümünə öz stadionunda başlaya biləcəkmi?

- Fikrimiz var. Bəli, “Qarabağ” yeni mövsümün ilk turlarından bazadan, stadiondan yararlana biləcək. (apasport)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail