Qurban Qurbanova Qara göndərməsi

16.08.2015 | 4001 dəfə oxunub

“Qarabağ” ın dayaq yarımmüdafiəçisi Qara Qarayev "Rəvan"la dünənki oyundan sonra jurnalistlərə müsahibə verib: 

- Qol vurmaq üçün darıxmışdın?


- Sözsüz. Şükürlər olsun ki, qol vurdum. Bu, məni çaşdırmamalıdır. İşimə daha da ciddi yanaşmalıyam.

- Nə yaxşı Dani Kintana cərimə zərbəsini yeriə yetirməyə sənə imkan verdi? 

- Elə həmin anda ona sağol dedim. Həmişə cərimə zəribələrini Dani vururdu. Bu dəfə istdədim ki, bunu mən edim. Komanda yoldaşım da buna etiraz etmədi. Sevinirəm ki, yaxşı qol vurdum. Çalışacam ki, daha çox fərqlənim.

- Ancaq mövqeyin elədir ki, qol vurmaq imkanın az olur.

- Cərimə zərbələrindən fərqlənə bilərəm. Oyun epizodlarında da qapıya zərbələr endirməli, qol epizodları yaratmalıyam. 

- Bugünkü görüşdə çətinlik çəkdiniz?

- Hər bir oyunda çətinlik olur. Baş məşqçimiz əsasən yeni futbolçulara şans vermişdi. Onların bəziləri “Qarabağ”ın heyətində ilk Premyer Liqa oyununa çıxırdı. Ən önəmlisi budur ki, çətinliklərə baxmayaraq qalib gəldik.

- Avropa Liqasının pley-off mərhələsindəki rəqibiniz “Yanq Boyz” haqda nə deyə bilərsən?

- Yaxşı komandaya qarşı oynayacağıq. Sürətli futbolçulardan təşkil olunmuş bir rəqibimiz var. Hələ ki, baş məşqçimiz “Yanq Boyz”la bağlı bizə tapşırıq verməyib. Yəqin ki, bu oyundan sonra rəqibi ətraflı analiz edəcəyik. Bütün xalqımızın dəstəyi “Qəbələ” və bizimlə olsun. “Qəbələ” də qrup mərhələsinə düşsə, çox sevinərik. 

- Ötənilki “Qarabağ”la indiki arasında nə kimi fərq var?

- Sözsüz ki, fərq var. Bir çox aparıcı futbolçularımız komandadan gedib. Çalışacağıq ki, bu fərqi tezliklə aradan qaldıraq. 

- Meydana sonradan daxil oldun. Biz Qara Qarayevi ehtiyat oyunçular skamyasında görməyə öyrəşməmişik. 

-  Məncə, “Yanq Boyz”la oyuna görə baş məşqçimiz mənə bir qədər istirahət verməyi düşünüb. Əslində “18-lik”də olmağım planda yox idi. Sonradan Qurban müəllim belə qərar verdi. Şükürlər olsun ki, qol vurmağı da bacardım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail