Mirhüseyn Seyidov: "Neftçi"ylə oyun mənim üçün xüsusi önəm kəsb etmirdi" - MÜSAHİBƏ
"İnter"in futbolçusu Mirhüsyen Seyidov Premyer Liqanın II turunda eks klubu"Neftçi"yə 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib:
- Öncə oyun haqda təəssüratlarını öyrənək.
- Əvvəlcədən bilirdik ki, çətin olacaq. Çünki rəqib də ilk turda bizim kimi xal itirmişdi. Həm də “Neftçi” gənc futbolçulardan təşkil olunub ki, onlar da özlərini göstərməyə çalışır. Maraqlı və gərgin oyun keçdi. Biz bu matçda ancaq qələbə üçün çıxmışdıq. Sevinirik ki, qələbə qazandıq və bizə lazım olan 3 xalı əldə etdik.
- “Neftçi”dən ayrıldıqdan sonra ilk dəfədir keçmiş komandana qarşı mübarizə aparırdın.
- Futbolçunun karyerasında hər şey ola bilər. Bu gün bir komandada olaram, sabah başqa birində. Mən artıq hər şeyi unutmuşam. Ona görə də bu oyun mənim üçün xüsusi önəm kəsb etmirdi. Əlimdən gələni edirdim ki, oyunum yaxşı alınsın və komandam qələbə qazansın. Düşünürəm ki, pis də alınmadı. Buna görə bütün komanda yoldaşlarıma təşəkkür edirəm.
- Səncə, “Neftçi”nin vəziyyəti niyə ürəkaçan deyil?
- Qeyd etdiyim kimi, komanda daha çox gənc futbolçulardan təşkil olunub. Samir Əliyev də gənc mütəxəsisdir. Bu gün ona dayaq olmaq lazımdır. İnanıram ki, zamanla hər şey düzələcək. Yaxşı çalışmalıdırlar. Başqa heç nə deyə bilmərəm bu haqda. Çünki “Neftçi”nin yetirməsi olmuşam. Bu komanda haqqında mənfi fikir söyləmək istəmirəm.
- Deyəsən, epizodların birində Araz Abdullayevlə aranızda narazılıq yaşandı.
- Yox, Araz mənim o komandada ən yaxın dostlarımdan biridir. Bu gün “Neftçi”də olan bütün yerli futbolçularla çox yaxşı münasibətimiz var. Amma bu dostluq meydandan kənardadır. Meydanda biz artıq rəqibik. Əlimdən gələni komandam üçün etməliyəm.
- Matç başa çatandan sonra “Neftçi” azarkeşləri ilə futbolçuları arasında münaqişə yarandı. Sabiq komandanın bu durumu haqda nə deyə bilərsən?
- Azarkeşlər futbolçulara əl atmaq istəyirdilər. Mən də Arazı çəkdim ki, birdən qalmaqal olar, azarkeşi vurar, sonra ona cəza verərlər. Sadəcə aranı sakitləşdirməyə çalışırdım.
- “İnter”də maliyə məsələləri ilə nə yenilik var?
- Yəqin ki, rəhbərlik bu əziyyətimizi yerdə qoymaz.
- “İnter” əvvəlki kimi iddialı ola biləcək?
- “İnter” hər zaman iddialı olub və belə də qalacaq. Biz ən azından ilk 3 pillə uğrunda mübarizə aparıb yenidən Avropa Liqasına vəsiqə qazanmağa çalışacağıq. Komandamız heç də öndə gedən klublardan geri qalmır. Hamsı ilə başa-baş mübarizə aparmağa hazırdır.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |