Adrian Pit: "Zərbəm əla alındı, qapıçı da topa yetişə bilmədi"

28.09.2011 | 5464 dəfə oxunub

“Xəzər Lənkəran”ın aparıcı futbolçusu Adrian Pitin müsahibəsi:

- Bu il bizim məqsədimiz ölkə çempionu olmaqdır. Avrokuboklardan sonra komandada ciddi islahatlar aparılsa və dəyişiklər getsə də, biz özümüzü toparlaya bildik. Lənkərana qayıtdığım üçün sevinirəm. Mirça Rednik bizə azarkeşlərin komandanı necə sevdiyini dəfələrlə başa salıb. Demək olar, hər oyundan qabaq futbolçulara bu haqda danışır. Hamımız istəyirik ki, bütün oyunlarda meydanda qələbəylə ayrılaq. «Qəbələ» ilə qarşılaşma da istisna olmadı. Gərgin mübarizə getdi. İki qol vurandan sonra arxayınlaşmadıq. Rəqib bir qolun əvəzini çıxsa da, qələbə hesabını qoruduq. Çempionat bizim üçün çox yaxşı başlayıb.
«Qarabağ»ı da ötən tur məğlub etdiz…
- Bu komanda avrokuboklarda nəyə qadir olduğunu göstərmişdi. Azərbaycanın ən güclü klublarından birinə qarşı oynadıq. Onlara qarşı oynamaq çox çətindir. Çünki «Qarabağ» topu özündə saxlamağı bacaran komandadır. Deyərdim ki, bu cəhətdən Azərbaycanın bir nömrəlisidir. Buna görə də, oyunumuzu güc üzərində qurduq. Hücumda təhlükəli futbolçuları məhz bu yolla dayandırmağa müəssər olduq. Onlar iki oyundur qələbə qazana bilmirdilər. Bu dəfə də ciddi hazırlıq görmüşdülər. Ümumilikdə, oyun ağır keçdi. Xüsusən də meydanın ot örtüyünün pis olması topla rahat hərəkət etməyə imkan vermirdi. Bəlkə də ona görə «Qarabağ» istənilən oyunu göstərə bilmədi.
Komandana qələbə qazandıran qolu sən vurdun. Gözləyirdin ki, fərqlənəcəksən?
- Müdafiəçidən keçən kimi qapını görüb,  topu uzaq küncə yönəltdim. Zərbəm əla alındı, qapıçı da topa yetişə bilmədi. Məncə, maraqlı və gözəl qol oldu, buna görə də sevinirəm. Amma bu gözəl qolla komandamın qalib gəlməyinə daha da çox sevinirəm.
Elnur Allahverdiyev qırmızı vərəqə alandan sonra ikinci hissəni faktiki 10 nəfərlə keçirdiz. Meydanda on nəfərlə qalanda hesabı qoruyub saxlayacağınıza inanırdız?
- Desəm ki, inanırdım, yalan olar. Çünki həmin vaxt oyunun necə davam edəcəyini bilmirdim. Müdafiədə etibarlı oynayıb, əks-hücumlara çıxırdıq. Özü də az sayda. Baxmayaraq ki, qolu mən vurmuşam, qələbədə hamının payı var.
«Xəzər» rəqiblərini əksər komponentlərdə qabaqlayır. Bu seriyanı davam etdirməyə gücünüz çatacaq?
- Bizim çalışdığımız da buna görədir. Keçən il çempionluğu son turlarda qaçırdıq. «Xəzər Lənkəran» birinci olmağa layiqdir. Bizə klubda yaxşı şərait yaradıblar. Heç nədən narazılığımız yoxdur. Rəhbərlik və baş məşqçiylə münasibətimiz əladır. Azarkeşlərimizi də özünüz görürsüz. Azərbaycanın ən yaxşı azarkeş ordusu bizdədir.
Heyət dəyişsə də, bu, hiss olunmur. Get-gedə daha inamlı mübarizə aparırsız. Gücü nədən alırsız?
- Qələbə qazandıqca, istək də artır. Mən indi bizdən arzulu komanda tanımıram, o güc bizdə var ki, sırayla bütün rəqibləri udaq. Avroliqadakı bəxtsizliyi tam unutdurmaq üçün bu qələbələr gərəklidir. Çalışacağıq ki, uğurlu seriyanı gələn turlarda da davam etdirək. Arxada qalan yeddi turda əsas rəqiblərdən «Neftçi», «Qəbələ» və «Qarabağ»a qalib gəlmişik. Bu da bizim gücümüzdən xəbər verir. Çempion olmağa ən layiqli namizəd bizik.

“Sport favorit”


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail