Roman Qriqorçuk: “Düşünmürəm ki, sabah sakit otura biləcəm”
“Qəbələ” klubu sabah Avropa Liqasının qrup mərhələsinin
üçüncü turunda Bakıda Dortmund “Borussiya”sını qəbul edəcək. Stadium.Az xəbər
verir ki, komandanın baş məşqçisi Roman Qriqorçuk bu gün oyunqabağı təşkil olunan
mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Sabahkı
oyunda sizin qələbənizə çox az ümid var. Siz necə düşünürsüz?
- Mən bununla razı deyiləm. Əgər bizim qələbə
üçün bircə şansımız da olsa, biz bunun üçün əlimizdən gələni edəcəyik.
- Siz həmişə
demisiz ki, futbolçularınız hər oyun ölümə hazır olur. Sabah neçə futbolçunuz
ölümə hazırdı?
- Mən həmişə bütün futbolçularıma inanmışam.
Sabah da bütün oyunçularımız meydanda qələbə üçün ölməyə hazırdı.
- Sabah
hansı mövqedə daha ehtiyatlı oynayacaqsız?
- Rəqibin gücünə bələdik. Sabah da özünüz görəcəksiz
ki, onlar necə komandadır. Müdafiədə oynamaq bizim oyun üslubumuz – fəlsəfəmiz
deyil. Sabahda hücumda oynayacağımızı deyə bilərəm
- “Borussiya”
ilə oyunda sizi ən çox nə narahat edir?
- Sabah uğur bizə çox lazım olacaq. Narahat
olacaq heç bir səbəbimiz, problemimiz yoxdur. Sabahkı oyuna psixoloji olaraq da
çox yaxşı hazırlaşmışıq.
- Azərbaycan
çempionatında müdafiədən qurulan çox yaxşı hücumlar təşkil edirsiz. Ancaq
Avroliqada bu alınmır. Bu məqam çempionatların səviyyəsiylə bağlıdır?
- Bu iki cəbhəni ayırmaq istəməzdim. Yəqin ki,
Avroliqada rəqiblərimiz çox güclüdürlər. Onların futbolçuları çox sürətlidirlər.
Oyun zamanı hər hansı boşluq verən kimi, digər futbolçular bunu doldururlar.
Ancaq çempionatda belə deyil. Həm də bizi çox analiz edirlər.
- Siz çox
emosional məşqçisiz. Sabah siz yenə də oyunu ayaq üstə izləyəcəksiz, yoxsa
oturaq matça baxacaqsız?
- Əgər hesabda 3:0 olsam, o zaman oturub kənardan izləyərəm. Amma düşünmürəm ki, sabah sakit otura biləcəm.
- 1 xalınız olsa da qrupda ikinci yeri tutaraq qrupdan çıxa bilərsiz. Siz bunun üçün sabah meydana gələn azarkeşləri hansı sözünüzlə alovlandıra bilərsiz? Əks halda Almaniyadan gələn 600 azarkeş bütün stadionu susduracaq...
- Mən həmişə belə düşünürəm ki, biz qələbələr qazanın nə qədər yüksəklərə qalxsaq, o zaman stadiona daha çox azarkeş gələcək və bizə daha yüksək səviyyədə dəstək olacaqlar. Zatən bu günə kimi bizə çox yaxşı dəstək olublar.
- Rəqibin ad-sanı sizə problem yaradır?
- Xeyir, belə bir şey düşünmürəm. Mən Allaha təşəkkür edirəm ki, bizə belə güclü rəqib bəxş edib. Mənim üçün də çox maraqlıdır. Sabahkı oyunda komandamın necə göründüyünü biləcəm, görəcəm. Belə komandaları analiz etmək çətin deyil. Xeyli oyunlarına baxmışıq. Üstünlükləri ondadır ki, variantları çox olur. Sürətlidirlər və bu, bizə qarşı çətinlik yaradacaq. Müdafiədə diqqətli oynayıb, çoxlu hücum qurmalıyıq. Bu halda onları narahat edə və uğur qazana bilərik.
- Mətbuatda xəbərlər var ki, siz Ukrayna millisinin baş məşçqçisi olacaqsız...
- Mən sbahı düşünən məşqçiyəm. Sabah isə bizim "Borussiya" ilə oyunu düşünürəm, ağlımda başqa mövzu yoxdu.
- Daha çox "Borussiya"nın hansı futbolçusuna diqqət etmisiz?
- Onların sayı 15-dir (gülür).
- Ardıcıl iki oyun "Borussiya" ilə oynayacaq. Bu iki oyundan neçə xala ümid edirsiz?
- Mən bir dəqiqə də olsa bu barədə düşünmürəm. Variantlar çoxdur, buna görə də, bu barədə düşünməyin mənası yoxdur. Sadəcə daha yaxşısın etmək üçün əlimizdən gələni edəcəyik.
- "Borussiya"nın aparıcı futbolçusu olan Mxitaryan Bakıya gəlmədi. Bu sizin işinizi asanlaşdırırmı? Əgər rıqibin heyətində bir yox, 4-5 erməni futbolçu olsaydı, bu məqam sizin işinizi daha çox asanlaşdırardı?
- Bu tip suallardan xoşum gəlir. Ancaq deyə bilərəm ki, erməni futbolçu çox yüksək səviyyədə oyunçudur. Əgər o Bakıya gəlsəydi, biz onun pasportuna yox, oyun keyfiyyətinə baxıb necə zərərsizləşdirəcəyimizi qərarlaşdıracaqdıq.
-
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |