Rəşad Sadıqov: "Onun gəlişindən sonra oyunumuzda və nəticələrimizdə ciddi dəyişikliklər baş verib" - MÜSAHİBƏ
"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun müsahibəsini təqdim edirik:
- Ötən ili karyeranızın ən uğurlusu saymaq olar?
- Ən yaxşılardan biri oldu. "Qarabağ"la qızıl dubla imza atdıq. Yenə Avropa Liqasının qrup mərhələsində oynadıq. AÇ-2016-nın qrup mərhələsi çərçivəsində uğurlu oyunlar keçirdik. Həmçinin, ötən il milli komandamızda 100-cü oyunuma çıxdım. Bu da məndə fəxr hissi yaradır. Bunu həmişə arzulayırdım.
- Premyer Liqada hər şey "Qarabağ"ın istədiyi kimi gedir?
- Mövsümün əvvəlində mənə "Qəbələ"ni 10 xal qabaqlayacağımızı desəydilər, buna inanmazdım. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıqdan sonra bizi çətin mövsüm gözlədiyini anladıq. Amma indi liderliyimizi inamla davam etdiririk. Bütün çətinliklərə baxmayaraq, bu, bizi sevindirir. Lakin bu, arxayınlaşmağımıza əsas vermir. "Qəbələ"nin ötən mövsüm qış fasiləsindən sonra necə oynadığını yaxşı xatırlayıram. Onların elə 10 oyunluq qələbə seriyası nəyə desəniz, dəyər. Mövsümün qalan dövrünə ciddi hazırlaşmağımız lazımdır. Əks halda ciddi problemlərimiz yarana bilər.
- Yeni ildən nə gözləyirsiniz?
- Yeni ildən həmişə yaxşı şeylər gözləyirlər. Təbii ki, mənim də gözləntilərim müsbətdir. İstəyərdim ki, şəxsi və peşəkar həyatım uğurlu keçsin. Amma nəyin necə olacağını zaman göstərəcək. Ümid edirəm ki, 2016-cı il də 2015-ci il kimi uğurlu olacaq.
- Manatın devalvasiyasının futbolumuza təsiri barədə nə düşünürsünüz?
- Bu, həm həyatımızda, həm də idmanda təsirsiz ötüşməyəcək. Şübhəsiz ki, futboldan da yan keçməyəcək. Belə çətin vaxtlarda bir olmağımız lazımdır. Həyatda çətinliklər qaçılmazdır. Hətta varlı ailələrdə də müəyyən dövrlərdə çətin anlar olur. Səbrli olmaq lazımdır. Bu dövr Azərbaycan futbolu üçün imtahan olacaq. Zəif və güclü cəhətlərimizi görəcəyik. Bu mərhələni layiqli şəkildə keçməliyik. Bütün bunlar oyunumuza təsir etməməlidir.
- Hakimlər Komitəsi, "Neftçi" Türkiyə toplanışından imtina etdi. Sizcə, vəziyyət o dərəcədə pisdir?
- Bunu hardasa başa düşmək olar. 18 yaşım yoxdur ki, heç nəyi anlamayım. Bu sahədə kifayət qədər təcrübəli adamam və işlərin nə yerdə olduğunu bilirəm. Bəzən çətinliklər belə addımlar atmağı qaçılmaz edir. Ümid edirəm ki, klublarımız, futbolumuz bu çətinliklərlə çox üzləşməz və tezliklə hər şey yaxşı olar.
- Bəs sizin klub hansı çətinliklərlə üzləşib?
- Yaxşı və çətin anlarımızda həmişə sakitliyimizi qorumağa çalışmışıq. Belə vəziyyətlərdə psixoloji amillər çox önəmlidir. Xüsusilə də idmanda.
- "Qarabağ"ın heyətini gücləndirməsi lazımdırmı?
- Hər bir komanda istənilən halda güclənməyə ehtiyac duyur. Bir futbolçunun yerinə daha güclüsünü gətirə bilirsənsə, bunu etməlisən. Zədəlilərimiz var. Onların da tezliklə sıraya dönməsini arzulayırıq.
- Sizcə, yığmamızın baş məşqçisi Robert Prosineçki ona bəslənilən ümidləri doğrulda biləcək?
- Onun gəlişindən sonra oyunumuzda və nəticələrimizdə ciddi dəyişikliklər baş verib. Onunla söhbətlərimizdən də görürəm ki, ancaq müsbət nəticələrə köklənib. Azərbaycanda uğur qazanmaq istəyir. Bunu futbolçulara da aşılayır. Futbolla yaşayan insandır. Növbəti seçmə mərhələ mənim üçün sonuncu tsikl olacaq. İstərdim ki, bu tsikl yaddaqalan olsun. (azerisport)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |