Qurban Qurbanov: "Sadıq Sadıqovla şəxsi işlərimlə bağlı görüşmüşəm" - MÜSAHİBƏ

"AFFA-dan mənə heç bir təklif olmayıb"

13.10.2011 | 5671 dəfə oxunub

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Stadium.az saytına özəl müsahibəsi:

rnrn

 

rnrn

- Əvvəlcə milli komandanın son iki oyundakı məğlubiyyəti barədə fikirlərinizi maraqlı olardı...

rnrn

- Maraqlı deyəndə, hər iki oyunda milli uduzdu. Məğlubiyyətdən danışmaq yaxşı deyil, bu, artıq arxada qalıb.

rnrn

- Adətən millinin oyunlarından sonra "Qarabağ" çempionatda problemlər yaşayır. Bu dəfə də belə olacaq?

rnrn

- Biz də çalışırıq ki, bu, yenə də təkrarlanmasın. Ümid edirəm bu dəfə belə olmayacaq. Çünki bu dəfə bir neçə gün vaxtımız olacaq. Amma bu da vəziyyəti düzəltmək üçün yetərli zaman deyil. Çünki komanda bu gündən bir araya gələcək. İki gün sonra isə oyunumuz var.

rnrn

- Heyətlə bağlı hər-hansı probleminiz var?

rnrn

- Yox, şükürlər olsun ki, heyətdə bağlı ciddi itkimiz yoxdur. Yalnız Qara Qarayev U-21-dən zədəli qayıdıb. O da bir həftədən sonra məşqlərə başlayacaq.

rnrn

- Futbolçular millidən qayıtdıqda "Qarabağ"da problem yaşamalır nəylə bağlıdı? Yorğunçuluqla, yoxsa məşqçilərlə bağlı məsələdi?

rnrn

- Bunu daha çox yorğunçuluqla bağlamazdım. Məsələ ondadır ki, millidən məşqçi futbolçudan başq şey tələb edir, komandada mənim tələbim başqadır. Futbolçu millidə başqa işi yerinə yetirir, qayıdıb komandada başqa tələb qarşısında qalanda ona çətinlik yaradır. Bu da onların bir yerdə məşq etməməsindən irəli gəlir.

rnrn

- Qurban müəllim, yayılan son xəbərlərə görə Foqtsun əvəzinə millinin baş məşqçisi siz olacaqsız. Doğrudurmu bu?

rnrn

- Həyatda hər şey ola bilər. Amma hazırkı vəziyyətə görə, mən bu barədə kiminləsə danışmamışam. Nə də bu barədə AFFA-dan mənə heç bir təklif olmayıb.

rnrn

- Hətta o da bildirilir ki, sizin bir müddət əvvəl "Neftçi"nin bazasında klubun prezidenti Sadıq Sadıqovla görüşməyiniz də bununla bağlı olub...

rnrn

- Sadıq müəllimin bu məsələyə nə aidiyyatı var?

rnrn

- Çünki Sadıq müəllim AFFA prezidenti Rövnəq Abdullayevin yaxın qohumu və dostudur....

rnrn

- Yox, bunu o məsələylə qarışdırmaq doğru deyil. Sadıq müəllimlə mənim daha əvvəl də münasibətlərim yaxşı idi, elə indi də. Sadıq Sadıqovla da şəxsi işlərimlə bağlı görüşmüşəm. Mənim "Qarabağ"la müqaviləm var. Hazırda da, ancaq komandam barədə düşünürəm.

rnrn

- Bəs AFFA-dan təklif gələrsə?

rnrn

- Məncə bu mövzunu bağlamaq lazımdır. Dedim axı, mənim klubla müqaviləm var.

rnrn

- "Rəvan"la oyun? Rəqibiniz iki turdu qələbə qazanır. Onların səfərdə "Qəbələ"ni məğlub etməsi sizi qorxutmur?

rnrn

- Yox, qorxutmur. Bizə turnir cədvəlində irəliləmək üçün üç xal lazımdır. Çalışacağıq bunu qazanaq. Amma "Rəvan" da çox güclü komandadır. Vladislav müəllimin (Qədirov) gəlişindən sonra komanda yaxşı oyun göstərir. Ammarnbizrnmeydanarnyalnız qələbərnüçün çıxacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail