Bəhmən Həsənov: "O futbolçuya ümidlərim böyükdür" - MÜSAHİBƏ

02.02.2016 | 2750 dəfə oxunub

"Rəvan"ın baş məşqçisi Bəhmən Həsənovun müsahibəsini təqdim edirik:

- Qış fasiləsindən sonra Premyer Liqada ilk oyununuzu keçirdiz. Komandanın çıxışını necə qiymətləndirirsiz? Komanda çempionata nə dərəcədə hazırdır?

- Komandamız pis durumda deyil, amma yaxşı da hesab etmək olmaz. Çünki biz çempionata başqa futbolçularla başladıq, sonra məlum oldu ki, 3-4 futbolçumuz başqa kluba keçir. Son gündə dayaq yarımmüdafiəçilərimiz Lənkəran klubuna keçmək üçün məndən şərait yaratmağımı istədilər. Mən də "gedəni saxlamazlar" prinsipi ilə onlara “yaxşı yol” deyib, yola saldım. Bu səbəbdən də, məcburiyyət qarşısında meydana başqa futbolçular çıxarmalı olduq. Misirli futbolçu  hücumda, Orxan Lalayevi dayaq yarımmüdafiəçi mövqeyində çıxartdım, halbuki o, mərkəz müdafiəçisidir. Buna görə də, müəyyən problemlər yaşadıq.

- Komandanın mövcud problemləri nədən ibarətdir?

- Bir dayaq müdafiəçimiz var, ikinci də olsaydı daha yaxşı olardı, oyunumuz daha yaxşı alınardı. Yaminin anasının səhhətində ciddi problemlər olması səbəbindən bir həftədən çoxdu məşqləri buraxır. "Zirə"dən icarəyə götürdüyümüz Mirkamil Həşimlini oynatdım. Digər futbolçumuz Cəmşid Məhərrəmov da zədəlidir.

- Mirkamil Həşimliyə "Xəzər Lənkəran"la oyunun 2-ci hissəsində şans verdiniz. Futbolçunun oyunu sizi qane etdi?

- Mirkamilin komandaya uyğunlaşması lazımdı. Oynadığı klubda ondan başqa tələblər olub, bizdə isə fərqlidi. Bizdə daha çox top almaq və sürətli hücumlar qurmaq tələb olunur. Yaxşı potensialı olan futbolçudur, oyunu oxuma qabiliyyəti, dəqiq ötürmələri var. Sadəcə komandaya uyğunlaşmasını gözləmək lazımdı. Onu oyuna məcburiyyətdən buraxdım, çümki hələ tam hazır deyil. Ancaq 2 oyundan sonra daha rahat oynaya biləcək.

- Düşünürsüz ki, Mirkamil komanda üçün xeyirli olacaq?

- Təbii ki xeyiri olacaq. Olmasaydı komandaya götürməzdik. Gənc və perspektivli futbolçudur. Gələcəkdə bizə çox köməyi dəyəcək.

- Belə çıxır ki, bu futbolçuya ümidləriniz çox böyükdür?

- Standart futbolçudu, boyu yaxşıdı. Düşüncə qabiliyyəti yüksəkdi, topla davranışı əladı. İndi ən çox təcrübəyə ehtiyacı var. Əsas heyətdə daimi yer almayan futbolçular üçün çətin olur oynamaq. Oyun təcrübəsini artırmaq üçün gərək məşqlərə çox vaxt ayırsınlar. Gənc futbolçular ancaq bunun sayəsində nəyəsə nail ola bilərlər. Ona görə də ona güvənirəm, inanıram və inandığıma görə də komandaya dəvət etmişəm.

- Hazırda komandanın durumu yaxşı deyil. İstədiyniz futbolçuları gətirə bilməmisiz, Gətirdikləriniz də klubu tərk etdilər. Bu heyətlə çempionatı necə başa vuracaqsınız?

- Yaxşı sualdır (gülür). Çalışacağıq əlimizdən gələni edək. Gedişatı bütün komandaya aşılayırsan. Sonra bir futbolçu gedir, digəri gəlir. Məcbursan ki, dəyişikliklər edəsən. Yeni gələnlərin komandaya uyğunlaşması üşün də vaxt tələb olunur. Birinci dövrədə də belə idi. Sonra da fikir verdiz ki, 8-ci oyundan sonra komanda ardıcıl 3 oyun uduzdu. Çünki istədiyimizi ala bilmirdik. Futbolçu gərək məşçinin istəyinə uyğunlaşsın. Bizə zaman lazımdı. Çünki hazırladığımız futbolçuların yarısı yoxdu. İndi bizə sonra qatılan futbolçular,  Elnurdu, Elvindi - bunlar 2 həftədi bizlə məşq edirlər. Elnur tanınmış olsa da, Elvin tanınmır. Nə dərəcədə bacaracaqlar, onu gələcək göstərəcək. Neyniyə bilərik başqa?

- Sizin klubda maddi problemlər olduğu deyilir. Hazırda da bu problem davam edirmi?

- Problem var, ancaq inanıram ki, aradan qalxacaq.

- Bu yöndə AFFA-nın sizə bir köməyi varmı?

- Yox, AFFA-dan bizə heç bir köməklik yoxdu.

- Sizdə futbolçuların ən çox 200-300 manat  ya da dollar maaş aldığı deyilir. Bu düzdür?

- Bizdə maaşlar milli valyuta ilə verilir. Mən heç bir futbolçunun aldığı maaşı bilmirəm. Ancaq bilirəm ki, azdı. Futbolçular özü şəxsən rəhbərliklə danışırlar. Çünki mən onlara maaş təklif edə bilmərəm. Sonra deyərlər ki, mən bu qədər almalıydım, siz mənə bu qədər demişdiniz və s. Ancaq futbolçu o maaşa razılaşıb meydançaya çıxarsa, mən ondan tələbimi edə bilərəm. Mən heç vaxt pul işinə qarışmıram. Özləri bilər, istər on minə danışsınlar, istər yüz manata. Futbolçunun özünün müstəqil verəcəyi qərardır. Hazırda klubların sayı az, futbolçuların sayı çoxdur. Eyni səviyyəli futbolçular üstünlük təşkil edir. Hamı da öz klubundakı futbolçulara güvənir deyə, meyilli deyillər yeni futbolçu gətirməyə. Çünki adaptasiya üçün zaman lazımdı. Öz sözünü demiş futbolçular üçün isə daha asandı yüksək maaşla yeni klub tapmaq. Bizim futbolçular üçün özlərini göstərmək, gələcəklərini düşünmək üçün maaş çox da önəmli deyil. (goal.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail