Qara Qarayev: "Əsas heyətdə oynamayandan bəri..." - MÜSAHİBƏ
“Qarabağ”ın və milli komandamızın üzvü Qara Qarayevin Goal.Az saytına müsahibəsini təqdim edirik:
- İndi “Qarabağ”la bağlı ən çox sual olunan budur: Nə üçün Qara əsas heyətdə meydana çıxmır?
- Bununla bağlı çox danışmaq istəmirəm. Çünki məsələyə baş məşqçimiz Qurban müəllim bir neçə dəfə aydınlıq gətirib. Ancaq belə deyim də, ehtiyatda qalmam üçün xüsusi bir hal yoxdu. Bu gün baş məşqçimiz belə qərar verib, seçim edib, biz də hörmətlə yanaşırıq. İstəmirəm bunu da nəyləsə bağlayım. Şükürlər olsun ki, özümlə bağlı heç bir problem yoxdu. Nə nizam-intizamsızlıq olsun, nə də performansla bağlı.
- Fiziki durumunda problem var? Və ya oynamamaq səni geri salmır?
- Əsas heyətdə oynamayandan bəri bu məqama xüsusi fikir verirəm. Hətta Qurban müəllimdən də xahiş edirəm ki, məni ikinci komandaya yollasın, orda oynayım, fiziki formamı yerində saxlayım. Geriləməylə bağlı nəyinsə olduğunu düşünmürəm. Çükürlər olsun, Allah güc verdikcə bunun olmasınada imkan verməyəcəm.
- Klubda rəqabət göyükdür?
- Əlbəttə, çox böyük rəqabət var. Nə qədər rəqabət olsa da, seçim var. Əsas məsələ budur.
- Ən çox da məhz sənin mövqeyində...
- Bəli, komandada dayaq yarımmüdafiəçisi olaraq 4-5 futbolçu var. Hər biri də əsas heyətdə oynamağa qadirdi. Sadəcə olaraq baş məşqçimiz kimi layiq bilsə, meydana da o çıxır.
- Bir müddət əvvəl “Mersin İdman Yurdu” variantın var idi. Yayda da təklif olsa gedəcəksən?
- İndidən bu barədə nəsə düşünmək, danışmaq istəmirəm. Əgər yayda belə bir variant olsa, o zaman bu barədə qərar verəcəm. Həmişə demişəm, yaxşı yerdən təklif olsa, gedib oynamaq istəyərəm.
- İndi çempionatda aşkar favorit “Qarabağ”dır. Səncə rəqibiniz var?
- Əlbəttə, var. Bütün komandalar bizə qarşı əlavə güclə çıxırlar. Hətta komandalar bizimlə oyundan əvvəl ya maaşların alırlar, ya da mükafatların ki, oynamaq üçün daha çox stimulları olsun. Əgər desəm ki, bizim rəqibimiz yoxdur bu, futbolçuya yaraşmaz, təkəbbürlük olar.
- Üstünlüyünüzü sona kimi qoruya biləcəksiz?
- Bunun üçün çalışırıq. Hansı səviyyədə və nə zamana kimi bacaracağıq, bunu zaman göstərəcək.
- Razısan ki, çempionatda rəqabət aşağı düşüb?
- Mənim deməyimlə deyil ki... Sözsüz, bir balaca geriləmə var, hiss olunur. Bunu hər kəs görür, danışır. Bu da son zamanlar yaşanan iqtisadi çətinliklərlə bağlıdır.
- Bunun sizə təsiri oldu?
- Yox, olmadı. Klubumuz bu vəziyyəti çox yaxşı qiymətləndirdi və problemlərin ortaya çıxmasına imkan vermədi.
- Maaşlarda və ya mükafatlarda azalma oldu?
- Maaşlarda heç bir problem olmadı. Ancaq sözsüz ki, təsirsiz ötüşmür. Az da olsa hiss olunur.
- Bu tur “İnter”lə oyununuz var...
- “İnter”də qış fasiləsində daha çox canlanma hiss olunur. Komandaya Kamran Ağayev kimi qapıçı, Vüqar Nadirov kimi hücumçu qoşulub. Düşünürəm ki, V üqar hələ bu komandanın oyun üslubuna tam uyğunlaşmayıb, ancaq ən qısa zamanda bunu həll edəcək. “İnter” probemlərini üzə çıxartmayan komandadır. Əvvəlki “İnter” necə oynayırdısa, indi də elə çıxış etməyə çalışırlar. Onlara qarşı oynamaq çətindir. 5 müdafiəçiyə qarşı oynamaq asan ola bilməz. Həm də çox təcrübəli müdafiəçiləri var. “İnter” istənilən komandaya tərs gələn kollektivdir. Biz də bu oyuna da qələbə üçün çıxacağıq. (goal.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |