Maksim Medvedev: "Bəzi adamlar başlayıb danışmağa ki..." - MÜSAHİBƏ

06.03.2016 | 2928 dəfə oxunub

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev "Zirə"yə 2:1 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib:

- Premyer Liqanın turnir cədvəlində ilk sırada yer alan iki klub, “Qarabağ” və “Zirə” qarşılaşdı. Liderlərinin qarşılaşması necə keçdi?

- Hər iki klub üçün çox vacib bir matç idi. “Zirə” turnir cədvəlində bizə çox yaxınlaşmışdı. Bu qarşılaşmada hər şey etməliydik ki, onlarla aramızdakı xal fərqini artıraq. Çünki özümüzə turnir cədvəlində “komfort” yer təşkil etmək istəyirik.

- Oyununuz istədiyiniz kimi alındı?

- Əgər 2 qol vurmuşuqsa, deməli yaxşı alındı.  Ümumiyyətlə qol vurmaq üçün imkanlarımız çox oldu. Düşünürəm ki, oyun baxımından üstün futbol göstərdik.

- Erkən qol vursanız da, ikinci qolu azarkeşlər çox gözləməli oldu.

- İlk qolun belə tez vurulacağını heç özümüz də gözləmirdik. Çünki matçın çətin keçəcəyini düşünürdük. Amma bu futboldur. Hamı səhv edə bilər. Əsas odur ki, bu səhvi rəqibimiz etdi və biz bundan yararlandıq. İkinci qolun gec vurulmağına gəldikdə çox epizodlar oldu. Amma yararlana bilmədik. Matçın sonunda isə bəxtimiz gətirdi və çox gözəl kombinasiya ilə ikinci qolu vurduq.

- Deyə bilərik ki, əsas rəqiblərinizdən birini zərərsizləşdirdiz?

- Hələ çox oyun var. Demək olmaz ki, bu dəqiqə onları zərərsizləşdirmişik.  Amma düşünürəm ki, bu matçda “Zirə”dən üç xal almışıqsa, gələcək görüşlərdə bizim üçün böyük üstünlük olacaq. 
 
- "Zirə” ikinci pillədə olsa da, “Qarabağ” oyunboyu üstün oynadı...

- "Qarabağ” öz meydanında oynayırdı. Üstəlik “Qarabağ”ın bütün futbolçuları sağlamdı, öz formalarındadır. Ancaq “Zirə”də heyət cəhətdən problemlər var idi. Əsas futbolçularından olan Yovan Krneta da meydana çıxmamışdı. Ola bilsin ki, həm də “Zirə”də süni meydanda oynamağa öyrəşib. Bizdə təbii ot örtüyü olduğundan oyunları alınmırdı. 
 
- Bəlkə “Qarabağ” 4 xallıq fərqdən çəkinərək "Zirə”yə heç cürə güzəştə getmədi?

- Rəqibi yaxşı analiz etmişdik. Çalışırdıq ki, oyunumuzu müdafiədən quraq. Bilirdik ki, “Zirə” necə durumlardan istifadə edir. Onlar rəqiblərini əsasən əks-hücumlarda yaxalamağa çalışır. Ona görə də künc zərbələri zamanı müdafiədə üç nəfər saxlayırdıq ki, birdən əks-hücumda bizi tutarlar. Fikrimcə, məşqçilər heyətimiz rəqibi yaxşı analiz edib, bizə yaxşı məlumat veriblər.
 
- Turnir cədvəlinin ilk sıralarında elə də sıxlıq yoxdur. “Qarabağ” artıq vahid liderdir. İndidən çempionluq haqda düşünmək olar?

- Hələ çox oyun var. Riyazi tərəfdən götürsək, mövsümü altıncı pillədə də başa vura bilərik. Ona görə də çempionluqdan danışmaq tezdir. Çempionatın sonuna yaxın danışmaq olar. 
 
- Fikrincə, ötənilki uğuru təkrarlaya biləcəksiz?

- Çalışacağıq ki, bunu edək.

- Ötən mövsümün sonlarına doğru da hamı “Qarabağ”ı çempion kimi görürdü. Siz də bildirmişdiniz ki, bu sizə psixoloji təsir edir, məsuliyyətinizi daha da artırır. İndi necə, sona doğru komandada gərginlik varmı?

- Bəzi adamlar başlayıb danışmağa ki, “Qarabağ” yenə çempion olacaq. Biz bu sahədə artıq təcrübə toplamışıq. Bilirik ki, bu cür söhbətlər komandanı ruhdan salır. Ona görə də, belə sözlər eşidəndə, hamımız bir qulaqdan alıb, digərindən buraxırıq. Biz işimizlə axıra kimi məşğul olacağıq. Son oyuna kimi də nəticədən asılı olmayaraq xal qazanmağa çalışacağıq.  
 
- Bugünkü gündə “Qarabağ”ı dayandıra biləcək, onun gücündə komanda var?

- Var. Məncə, “Qəbələ”, “Neftçi” də “Qarabağ” gücündə komandadır. Baxmayaraq ki, “Neftçi” yeddinci pillədədir, onlarla oyunlarımız hər zaman çətin alınır. Əgər “Sumqayıt” bizə öz meydanında qalib gələ bilirsə, deməli istənilən komanda da bizə qalib gələ bilər. Demək olmaz ki, “Qarabağ” bu dəqiqə heç kimə uduzmayacaq. Ola bilər ki, uduzaq və ya əksinə qələbə qazanaq.
 
- Oyundan öncə gözlənilirdi ki, “Qarabağ” – “Zirə” görüşü çətin mübarizə şəraitində keçəcək. Amma oyundan da göründü ki, “Zirə” sizinlə mübarizə aparacaq gücdə deyil.

- "Qarabağ”a qarşı bütün komandalar beş müdafiəçi ilə oynayır. Otururlar müdafiəyə və ora daxil olmaq çətin olur. Amma “Zirə” açıq futbol oynadı. Bizim də qol epzidolarımız oldu. Ətrafdan “Zirə”nin zəif çıxış etdiyi görünə bilər. Hər oyunu eyni tempdə oynamaq olmaz. Ola bilər ki, erkən qol da “Zirə”ni psixoloji olaraq yıxdı.

- Söz-söhbət gəzir ki, “Qarabağ” martın sonlarına yaxın Türkiyənin “Qalatasaray” klubu ilə yoldaşlıq görüşü keçirəcək.

- Bu oyun haqda heç nə eşitməmişdim. Keçən dəfə otaq yoldaşım Ansi Aqolli dedi ki, “Qalatasaray”la oyun var. Sonradan məlumat verdilər ki, boş söhbətdir.

- “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl də məlumatı təsdiqləyib. Bildirib ki, məsələ ilə bağlı danışıqlar gedir.

- Alınsa, oynayarıq da. Ola bilsin ki,  bu oyun hansısa münasibətlə təşkil olunur. Amma mənim xəbərim yoxdur bu haqda.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail