Yığmamızın yeni məşqçisi: "Baş məşqçi təyin olunmağım gözlənilməz oldu"

14.03.2016 | 3063 dəfə oxunub

Stadium.az kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi Samit Nuruzadənin müsahibəsini təqdim edir:

 

- Rəyasət Heyətinin qərarına əsasən, millinin baş məşqçisi təyin olunduz. 10 ildi bu vəzifədə çalışan Elxan Əliyevi əvəzləməyiniz gözlənilməz olmadı ki?

- Bəli, gözlənilməz oldu. Mən Azərbaycanda qayıtdıqda ancaq uşaqlarla işləməyi planlaşdırırdım. Amma mənə inanıb, təyin ediblərsə, çox sağ olsunlar.

 

- Siz Böyük Britaniyada “Ridinq” kimi klubda çalışırdız. Necə fikirləşirsiz, Azərbaycana qayıdış geriyə addım deyil ki?

- Buraya dönməyimdə məqsəd ölkə basketbolunun inkişafında pay sahibi olmaqdı. Son illərdə Azərbaycanda idmana xüsusi diqqət var. Basketbol Federasiyası, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi basketbol idman növünün daha da güclənməsi yolunda lazımı addımları atırlar. Bu barədə mənimlə də söhbət etdilər. Uşaq basketbolunun inkişafı istiqamətində planları xoşuma gəldi və bu səbəbdən də Azərbaycana qayıtmağa razı oldum.

 

- Təxminən 15 ildi ölkəmizdən kənarda - İspaniya və İngiltərədə fəaliyyət göstərirdiz. O dövrlə hazırkı vaxtda Azərbaycan basketbolundakı dəyişikliyi necə müqayisə edərdiz?

- Mən buradan gedəndə də cavan oyunçular vardı. Bir müddət sonra Rimas Kurtinaytis ölkəmizə gəldi. İndi isə yığmanı daha da inkişaf etdirmək istəyirlər, uşaq basketboluna qayğı böyükdü. Bunları nəzərə alıb qayıtdım. Amma həmin vaxtla indinin müqayisəsini etməyi bacarmaram.

 

- Siz U-16-da da baş məşqçisiz. Əsas komandada qarşınıza hansı hədəf qoyuldu?

- Məqsəd millinin cavanlaşmasıdı. Hazırda yığmada yaşı çox olan basketbolçular üstünlük təşkil edir. Yəni, aşağı yaş qruplarında inkişafa nail olub, onları əsas komandaya hazırlamalıyam. Həmçinin, çempionatın daha güclü keçirilməsi istiqamətində işlər görməliyəm.

 

- Sizin U-18-in məşqini də diqqətlə izlədiyinizi bilirik. Ümumilikdə çalışdırdığınız yığma ilə bu komanda hansı perspektivi vəd edir? Basketbolumuzun gələcəyinə necə baxırsız?

- Fikrimcə, onlar veteran basketbolçuları layiqincə əvəzləyəcəklər. Burada sehrbaz lazım deyil, yalnız işləməyə ehtiyac var. Özü də çox çalışmaq lazımdı. Uşaqlar var, amma bundan da artıq olmalıdı. 8-10 yaşlıları bu növə cəlb etməliyik. Dünyada populyarlığına görə futboldan sonra ikinci yerdədi. Karyerasını bitirən oyunçuları mütəxəssis kimi də yetişdirməliyik.

 

- Amma nəzərə alaq ki, əsas yığmamız son illərdə cəmi 1 dəfə Bişkekdə keçirilən Novruz turniri ərəfəsində bir araya gəlir. Dediklərinizi həyata keçirmək çətin olmayacaq ki?

- Yox. 16 yaşadək komandanı gələndən özüm yığmışam, U-18-in də məşq zallarına yaxın yaşayıram. Artıq bildiyiniz kimi, ölkə xaricinə də çıxmışıq və Xəzəryanı ölkələrin Oyunlarında qüvvəmizi sınamışıq. Bunları deməkdə məqsədim odu ki, işə başlamışıq, fəaliyyətdəyik. İnşallah, uğurlarla, təmkinlə, səbirlə işimizi görəcəyik. Bu, bir ilin işi deyil. Minimum 3-4 il lazımdı ki, gənc nəsil lazımı forma yığsın. Basketbolun olmadığını da demirəm. Bu, düzgün olmaz. Amma mütəxəssislərin sayını artırıb, daha güclü ola bilərik.

 

- Bu da səbəbsiz deyil. Son illərdə ölkəmizdə 3X3 növü sanki klassik basketbolu kölgədə qoyub...

- Bu, FİBA-nın fikridi. Avropa Oyunlarında da onların istəyi ilə bu növ oynanıldı. 2017-ci ildə Bakıda təşkil olunacaq İslam Həmrəyliyi Oyunlarında 3X3 növü üzrə qaliblər müəyyənləşəcək. Biz də bu növünün üzərində çalışmalıyıq. Hətta arzulayardım ki, paytaxtda hər məhəllədə bir səbət olsun və uşaqlar üç-üçə bölünərək, oynasınlar. Bunun üçün çox maliyyə də lazım deyil. Çünki kiçik yaşda basketbola belə başlayırsan. Bunun klassik növə köməyi də dəyir.

 

- İstər klassik, istərsə də 3X3 növündə legionerlər üstünlük təşkil edir. Siz də bu siyasəti davam etdirəcəksiz, yoxsa hazırda aşağı yaş qrupunda oynayan idmançılara gücənəcəksiz?

- Bu məndən asılı olan bir şey deyil. Mən kişilərdən ibarət əsas millinin baş məşqçisiyəm. Məncə, 3X3 komandasında heç çalışdırıcı da yoxdu. Bu yığmada işləməklə bağlı mənə heç nə deyilməyib. Həm də İslamiada 2017-ci ildə olacaq. Qarşıma qoyulan əsas vəzifələrdən biri bu il U-16 və U-18-in beynəlxalq arenada uğurlu iştirakdı.

 

- Uzun müddət ölkə xaricində işləyən bir mütəxəssis kimi yığmaya hansı yeniliklər gətirmək niyyətindəsiz?

- Peşəkarlığı. Mən buraya gəlməzdən öncə uşaqlar 3-4 dəfə məşq edirdilər. Artıq bunun sayını 6-ya qaldırmışıq. İstəyim gündə 2 dəfə hazırlıq keçməkdi. Biz hər şeyə alışan millətik. Ona görə də çox məşq etsək, İngiltərə ilə müqayisədə daha çox nailiyyətlər əldə edə bilərik. Böyük Britaniyada qazandığım təcrübədən yararlanmaq da istəyirəm. Amma ilk növbədə məşqlərin sayını artırmaq və bunu sevmək lazımdı. Bundan da yararlanacam.

 

- Gəlin razılaşaq ki, İngiltərədə aşağı yaş qrupları üzrə birinciliklər də keçirilir. Bizdə isə böyüklər arasında ölkə çempionatı həvəskarlar səviyyəsində keçirilir...

- Düzdü, həvəskar səviyyədə keçirilir. Bu səbəbdən də uşaqları yetişdirmək lazımdı. Burada hansısa sirr yoxdu. Təkrar edirəm, sehrbaz deyiləm ki, deyim bir ilə hər şeyi düzəldəcəm. Elə deyil. Çox işləmək vacibdi. Minimum 3 ildən sonra deyə bilərəm ki, vəziyyət budu. Əgər biz mütəxəssisləri bu işə cəlb edib, uşaqları inkişaf etdirsək, hər şey yaxşı olacaq.

 

- Onda müqaviləniz necə illik nəzərdə tutulub və köməkçilərinizi müəyyənləşdirmisizmi?

- Köməkçi söhbəti, həmçinin vaxt söhbəti hələ olmayıb. Təklif gəldi və “hə” dedim. Məncə, nəyisə həyata keçirmək üçün minimum 3 il lazımdı. İşləməyə gəlmişəm, əlimdən gələni Azərbaycan basketbolu etməyə hazıram. Təkliflər verəcəyəm, ortaq məxrəcə gələcəyik. Hələlik köməkçi işləməyə namizədlərim də sirr qalsın. İnşallah, tam dəqiqləşdikdən sonra açıqlayacam.

 

- Azərbaycan çempionatının daha güclü keçirilməsi üçün addımlar atacağınızı dediz. Məsələn, voleybol çempionatında U-18 “Gənclik” adı altında oynayır və bu da təcrübə qazanmalarına hesablanıb. Siz də bu metoddan istifadə edəcəksiz?

- Bu təcrübədən artıq yararlanırıq. NTD BK-nin əsasını U-18 millimizin oyunçuları təşkil edir. Faiz göstəricisi ilə bu 95-ə barabərdi.

 

- Uzun müddət işlədiyiniz İspaniya və ya İngiltərədən yığmamıza oyunçu cəlb etməyiniz mümkündümü?

- Hələlik bu barədə söhbət olmayıb. Amma yəqin ki, belə bir variant mümkündü. Hazırda çox perspektivli uşaqlarımız var və onları məşq etdiririk. Əgər o səviyyə çatarıqsa, bunu etmək olar.

 

- Yığmamız Bişkekə “Novruz” turnirinə Tahir Baxşiyevin rəhbərliyi altında yollanacaq. Siz isə yarışı kənardan izləyəcəksiz. Bu nədən irəli gəlir?

- Şəxsi işlərimə görə Qırğızıstana gedə bilməyəcəm. Çünki baş məşqçi təyin olunmağım gözlənilməz oldu. Ancaq bu yarışdan sonra millidə kimin oynayacağı, kim oynamayacağı haqda fikirləşəcəyik. Oradan görüşlərin videosunu da gətirəcəklər. Baxıb, kimin hansı gücdə olduğunu görəcəm. Düzü, uşaqların çoxunu tanıyır, bacarıqlarına bələdəm. Məşqə başlamadan kimdənsə, yaxud hansısa legionerdən imtina etmək fikrində deyiləm. Bu, ağılsızlıq olar. Amma bayramlardan sonra vaxt təyin edib, yoxlayacam. Azərbaycan çempionatını da izləyirəm. Diqqətimi cəlb edən uşaqlar vardı. Artıq baş məşqçiyəm və fikirlərimi həyata keçirə bilərəm. Apasport



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail