Qurban Qurbanov: "Reynaldoya görə şadam" - MÜSAHİBƏ

31.03.2016 | 3424 dəfə oxunub

"Qarabağ" Azərbaycan Premyer Liqasının 27-ci turunda doğma meydanda autsayder "Rəvan"ı darmadağın etdi 5:1. Stadium.Az xəbər verir ki, komandanın baş məşqçisi Qurban Qurbanov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- "Üçüncü dövrənin son oyunu olduğu üçün narahatlıq var idi. Oyunun gedişində futbolçulardan razı qaldım. Vacib qələbə qazandıq, xalımızı çoxaltdıq. Addım-addınm irəliləmək lazımdır. "Rəvan”a  uğurlar arzu edirəm".

- Reynaldonun hazırkı durumunu sizi qane edir? 

- Reynaldoya görə şadam. Dönüşünü qolla qeyd etdi. Hazırda optimal formadan uzaqdır. Buna görə də 90 dəqiqə ona güvənə bilmərik. Bu, bir neçə oyun sonra baş verə bilər. Onun sağlamlığı da önəmlidir. Bu səbəbdən həkimlərin məsləhətinə ehtiyacım olacaq. 2-3 oyunda sonra əsas heyətdə meydanda ola bilər.

- Bədavi Hüseynovun millidə kapitanlıq sarğısı taxması xeyli müzakirə olundu. Məsələ ilə bağlı sizin də fikrinizi bilmək maraqlı olardı...

- Bu, mənim müzakirə edəcəyim mövzu deyil. Bu barədə qərarı millinin baş məşqçisi Robert Prosineçki verib. Bunun üstündə çox dayanmağın da mənası yoxdur. "Qarabağ"da da hər hansı futbolçuların olmadığı halda Bədavi meydana kapitan kimi çıxıb.

- Qurban bəy, futbolçu olduğunuz vaxtda, siz qala-qala milliləşdirilmiş oyunçuya kapitanlıq sarğısı verilsəydi, buna reaksiyanız necə olardı?

- Suallar çoxdur. Bu gün biz onlara milliləşdirilmiş kimi baxırıq. Amma onlar millimizin üzvləridi və azərbaycanlı kimi baxırıq. Oyunu ilə bunu haqq edib-etmədiyi də başqa məsələdir. Ümumiyyətlə, kapitan öz oyunu, liderliyi ilə bunu haqq etməlidir. Bəlkə də hardasa yerli oyunçuya təsir edir. Hər bir futbolçu kapitanlığa layiq olmalıdır. Yadınızdadırsa, mən milli komandadan uzaqlaşanda Rəşad Sadıqov 22 ya da 23 yaşında idi. Karlos Alberto Torres digər təcrübəli futbolçuların olmasına baxmayaraq, Sadıqovu kapitan seçdi.

- Ansi Aqollinin yayda müqaviləsi başa çatır. Albaniyalı ilə sözləşmənin müddəti uzadılacaqmı?

- Hələ ki, heç bir futbolçu ilə müqaviləni yeniləmək barədə düşünmürük. Düzdür, Aqollinin mayda müqaviləsinin müddəti başa çatacaq. Azarkeşlər də dediyi kimi, Aqolli, qaqadır, ağdamlıdır. O, elə bir futbolçudu ki, onunla heç vaxt 2-3 illik müqavilə imzalamamışı. Hər il sözləşməsinin müddəti yeniləmişik. İnanmıram ki, hazırda özünü başqa bir komandada təsəvvür etsin. Düzdür, yaşı da çoxdur. Ancaq bütün futbolçularımız Aqolli kimi peşəkar olsa, 38-39 yaşına qədər futbol oynayar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail