Zaur Svanadze: "Diskvalifikasiyanı növbəti mövsümə saxlamaq olmaz" - MÜSAHİBƏ

31.03.2016 | 3284 dəfə oxunub

"İnter"in baş məşqçisi Zaur Sanadze Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində "Neftçi"yə 0:1 hesablı məğlubiyyətdən sonra verdiyi müsahibəni təqdim edirik: 

- "Neftçi" ilə oyunda niyə qələbə qazana bilmədiniz?
- Futbol elə oyundur ki, sən qol vura bilməsən, mütləq sənə vuracaqlar. Bizim bu baxımdan problemlərimiz var idi. Çatışmazlıqları həll etmək lazımdır.

- "İnter" mövsümün ən vacib oyunlarında uduzur. Niyə?
- Dəqiq səbəb söyləmək çətindir. Ola bilsin ki, kadr itkilərinə görədir. Bu problem bizi bütün mövsüm izləyib. Son oyunda da qətiyyən bəxtimiz gətirmədi.

- Sizə elə gəlmir ki, Yuri Fomenko "İnter" səviyyəsində hücumçu deyil?
- Mənim onu meydana buraxmaqdan başqa çıxış yolum yox idi. Rauf Əliyev zədəlidir, Qara Qarayev oynaya bilmirdi. Nizami Hacıyev yenidən zədələndi.

- Hacıyevin zədəsi nə dərəcədə ciddidir?
- O, tibbi müayinəyə yollanıb. Zədəsinin nə dərəcədə ciddi olduğunu həkimlər deyəcək.

- Oyundan sonra məlum oldu ki, UEFA "İnter"i avrokuboklarda iştirakdan məhrum edib. Yəqin ki, bu, sizi "Neftçi"yə məğlubiyyətdən daha çox məyus etdi?
- Həyatın sonu deyil. Hələ bu qərardan şikayət edəcəyik. Amma hər şeyə rəğmən, öz işimizi görməyə davam edəcəyik. Mövsümü yaxşı yerdə başa vurmalıyıq. "İnter" avrokuboklara düşməlidir ki, diskvalifikasiya olunacağımız halda məhz bu mövsümü buraxaq. Diskvalifikasiyanı növbəti mövsümə saxlamaq olmaz.

- Qarşıda "Qəbələ" ilə oyun var...
- Həmin oyunda Nika Kvekveskiri sırada olacaq. Digər oyunçularımızı da meydanda görəcəyimizə ümid edirik. Çox çətin oyun olacaq. Rəqibimiz son turlarda xeyli xal itirib. Amma buna baxmayaraq, uğurlu çıxış etməyə çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail