Qurban Qurbanov: "Daim özümüzü əsgərlərin yanında hiss edirik" - MÜSAHİBƏ

08.04.2016 | 3422 dəfə oxunub

 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 29-cu turunda "Kəpəz"ə 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Düşünürəm ki, bu güm çox çətin oyun keçdi. Şükürlər olsun ki, 3 xal qazandıq. Ardıcıl 4 oyunda qələbə qazanmışdılar, ancaq son oyunda məğlub olmuşdu “Kəpəz”. Bizim futbolçular nətiicəyə oynaya bildilər. Stadionda da gözəl futbol ab-havası var idi. Bəzi dəyişikliklər olmuşdu, hər an əsgərlərimizi yada salırdıq, anırdıq.

- “Qarabağ” sanki bir hissə oynayır. Çünki Premyer Liqada sizə 90 dəqiqə müqavimət göstərən komanda yoxdu. Bu, sizi narahat etmir?

- Mən rəqibdən daha çox öz oyunumuzu düşünürəm. Kənardan hər şey asan görünə bilər, amma eləd eyil. İlk hissədə topa daha çox sahib çıxa bilmədik. İkinci hissədə isə bunu edə bildik və rəqibi bununla üstələdik. Mən indi deyə də bilmərəm ki, bizdə hər şey idealdır. Amma məndə istərəm ki, çempionat daha çox gərgin keçsin.

- Namiq Ələsgərovu geri qaytaracaqsız yayda?

- Biz onu 6 aylığına icarəyə vermişik. Yayda geri qayıdacaq.

- Şahin Diniyev söylədi ki, “Qarabağ” bizə futbol dərsi keçdi. Razısız?

 - Bu, sadəcə futboldur. Futbolun tələbləri var. Bizdə bu tələbləri yerinə yetirməyə çalışırıq. Sadəcə olaraq bu gün bizdə hər şey yaxşı alındı. Mənim öz komandamın oyunundan razı qalmadığım o qədər epizod var.

- Sanki Mahir Mədətovun gözünün odun alımısız...

- Yaxşı futbolçu olmaq üçün başqa çıxış yolu yoxdur. İlk hissədə ona etirazlarım vardı. Futbolda hər şey olur. Gənc oyunçunun düşüncələri oyunda olmalıdır.  O, bundan daha sadə olmalıdır.

- Stadionda gözəl ab-hava vardı. Özünüzü bölük komandiri kimi hiss etmədiz?

- Daim özümüzü əsgərlərin yanında hiss edirik. Sadəcə orda olmağımız alınmır. İndi bizim köməyimiz onlara mane olmamaqdır. Əgər ali baş komandan əmr versə, biz ona tabe olmalıyıq. Ancaq həmişə onlarlayıq.  Biz çalışırıq ki, bu komandanı stabil saxlayaq.   

- Demək olar ki, “Qarabağ” üçün çempionatda həyacan yoxdu. Çünki sizin komandayla bacarmırlar. Bu amil motivasiya baxımından sizdə problem yaranmır?

- Qarşımıza məqsəd qoymuşuq ki, hər oyun futbolumuzu daha da yaxşılaşdıraq. Hər planda.

- Sizə elə gəlmirmi ki, artıq taktiki cəhətdən yox, komandanı motivasiya baxımından pik həddə saxlamaqdır?

- Bəli, sizinlə razıyam. Çalışırıq bunun üçün də.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail